Sarkisyan təkzib edildi -
Rəsmi Yerevan itkin düşənlərin sayını AÇIQLADI
Ermənistanın eks-prezidenti Serj Sarkisyan Vətən Müharibəsi gedişində itkin düşən hərbçilərin sayını açıqlamışdı.
Ermənistan KİV xəbər verir ki, tərəfdarları ilə Kotayk vilayətində görüşən Sarkisyan 1064 hərbçinin hələ də itkin düşmüş sayıldığını söyləmişdi.
Məsələyə İstintaq Komitəsi rəsmi münasibət bildirib. Komitə 2021-ci il iyunun 16-sı üçün 275 erməni hərbçinin itkin sayıldığını, eks-prezidentin yaydığı məlumatın köhnə olduğunu bildirib.
Oxunub: 383
Xəbəri paylaş
Paylaş: