ABŞ Səfirliyi Ermənistandakı amerikalılara XƏBƏRDARLIQ ETDİ
ABŞ-ın Ermənistandakı Səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmağa, ayıq-sayıqlı nümayiş etdirməyə çağırıb.Səfirliyin xəbərdarlığında deyilir ki, Ermənistandakı ABŞ vətəndaşları qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmalı, insanların toplaşdığı yerlərdən uzaq durmalı və yaxınları ilə əlaqəni kəsməməlidir.Bu xəbərdarlıq iyunun 20-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır və səfirlik seçkisonrası iğtişaşları istisna etmir.
Oxunub: 302
Xəbəri paylaş
Paylaş: