Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"-
    "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
  • 
  • QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI - 
    QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
  • 
  • İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb -
    İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
  • 
  • Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...-
    Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
  • 
  • Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
    Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
  • 
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “ŞUŞADA İLHAM ƏLİYEVLƏ SAZİŞ İMZALAYACAĞIQ"- "Bu, hərtərəfli bir müqavilə olacaq"
  • "QƏLƏBƏNİN QAZANILDIĞI TORPAQLARA GEDƏCƏYİK"- Ərdoğan
  • Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb
  • Ərdoğan NATO sammitindən sonra Bakıya gələcək
  • Ərdoğan və Makron arasında görüş keçirilir
  • ZƏNGƏZUR DƏHLİZİ, AZƏRBAYCANDA HƏRBİ BAZA, BAYDENLƏ GÖRÜŞ...- Ərdoğanın Bakıdakı mətbuat konfransının TAM MƏTNİ

    • Tarix: 19-06-2021, 12:06


    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Türkiyə jurnalistlərinin suallarıana cavab verib.
    Son günlərdə NATO zirvəsində, eləcə də ABŞ prezidenti ilə keçirdiyi görüşlərdən danışan Ərdoğan Azərbaycan səfərilə bağlı da geniş açıqlamalar verib: “Brüsseldəki proqramımızdan sonra Azərbaycan Prezidenti, əziz dostum İlham Əliyevin dəvəti ilə Bakıya gəldik. Cənab Əliyevlə birlikdə erməni işğalından azad edilmiş və qələbədən sonra Azərbaycanın "Mədəniyyət Paytaxtı" elan edilmiş Şuşada həm rəsmi görüşlərimizi keçirdik, həm də müxtəlif ziyarətlər etdik. 
    Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı dərinləşdirəcək addımları müzakirə etdik. Gələcək əməkdaşlığımızın qarantı olan Şuşa Bəyannaməsini imzaladıq. Burada Azərbaycan Milli Məclisinə müraciət etmək fürsətimiz də oldu.

    Daha sonra orada olan əsgərlərimizlə bir araya gəldik. Avro 2020 çərçivəsində Bakıda oynanan Türkiyə-Uels oyununu izlədikdən sonra Antalyaya qayıdırıq. Antalyada keçiriləcək Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Dövlət və Hökumət Başçıları Sammitinə rəhbərlik edəcəyik. 18 iyun tarixində Antalya Diplomatiya Forumunu açacağıq. Bütün bu intensiv səfərlərin, görüşlərin və proqramların ölkəmizə, bölgəmizə və dünyaya səmərəli və faydalı olmasını diləyirəm.”

    Bundan sonra R.T.Ərdoğan jurnalistlərin suallarını cavablandırıb:

    - İki gündür Bakı və Şuşadayıq. Ermənistan hələ də geri çəkildiyi bölgələrə qoyduğu mina xəritələrini vermir. Təəssüf ki, bir neçə gün əvvəl Kəlbəcərdə mina partlaması nəticəsində 3 mülki şəxs həyatını itirdi. Bu mövzuda qiymətləndirməniz nədir?

    - Ermənistanın Azərbaycanın Qarabağ Zəfəri həqiqətini qəbul etməsi və bölgənin qarşısında açılan bu yeni dövrü düzgün oxuması lazımdır. Ermənistan etimad yaratmaq üçün addımlar atmalıdır. Mina xəritələrini Azərbaycana verməsi bu istiqamətdə atılmış vacib addım olacaq. Müharibə dövründə etdiyimiz kimi, yenidənqurma işlərindən tutmuş minalanmış ərazilərin təmizlənməsinə qədər hər addımda Azərbaycanın yanında olmağa davam edəcəyik.
    Mina təmizlənməsi baxımından hazırda Türkiyədə kombayna bənzər bir vasitə (MEMAT) istehsal edirik. Bu, uzaqdan idarə edilə bilən bir vasitədir. İndiyədək bunlardan 10-unu Azərbaycana vermişik. Ancaq ilk növbədə bu rəqəmi 20-yə çatdıracağıq. Bunun ən böyük xüsusiyyəti çoxsaylı mina aşkarlamasıdır.
    Uzaqdan idarəetmə ilə minanı partladır və yola davam edir. Həm də mina partlayışında say baxımından çox irəlidədir. Yəni bu, detektorla mina axtarmağa bənzəmir. Onlardan özümüz də istifadə edirik. Terror bölgələrində istifadə etməyə başladıq. İnanıram ki, bu vasitə həm ölkəmizdə, həm də dost, qardaş ölkələrdə çox işə yarayacaq.

    - Azərbaycan təbii qaz və neft axtarışı və hasilatı sahəsində çox inkişaf etmiş səviyyədədir. Bu məsələ ilə bağlı Qara dənizdə və ya digər bölgələrdə Azərbaycanla tərəfdaşlıq olacaqmı?

    - Hal-hazırda, xüsusən bu mövzuda Azərbaycanla bizim TANAP və TAP-la bağlı bir həmrəyliyimiz var. Bundan əlavə, yeni bir dövrə qədəm qoya bilərik. Bu, necə ola bilər? Məsələn, hazırda “Türk Petrolu” ilə əlaqəli bir strukturumuz var. Bu strukturla TAP və TANAP-da olduğumuz kimi, əziz dostumuz İlham Əliyevlə Liviyada da birlikdə hərəkət edə bilərik.
    Onların bu məsələlərdə müəyyən bilik və təcrübələri var. Eyni bilik və təcrübəyə sahib olduğumuz üçün, biz də birgə addımlar ata bilərik. Mən ona bunu təklifi etdim. O (İlham Əliyev) da bundan məmnun qalacağını və belə bir layihəyə daxil ola biləcəklərini söylədi. Ümid edirəm ki, bu addımları birlikdə ataraq nəinki Avropaya açılmaq, həm də öz ölkəmizdə olduğu kimi, digər ölkələrə də genişlənmək fürsəti tapacağıq.

    - Zəngəzur dəhlizi ilə bağlı müxtəlif fərziyyələr var. Gecikmənin səbəbi kimi müxtəlif fikirlər səsləndirilir. Sizcə, bu, texniki cəhətdən bir gecikmədir, yoxsa həqiqətən Rusiyanin fərqli bir gözləntisi var?

    - Azərbaycanın Zəngəzur layihəsini çox əhəmiyyətli hesab edirik və dəstəkləyirik. Açılacaq bu dəhliz bütün bölgə üçün çox vacib bir fürsət olacaq. Məsələyə gəlincə, hal-hazırda Rusiya tərəfində fikir ayrılığı və ya bu işi təxirə salmaq niyyəti olduğunu düşünmürəm. Əksinə, Rusiya burada daha faydalı bir atmosferdədir. Yaxın vaxtlarda cənab Putinlə ikitərəfli görüşüm olacaq. Əlbətdə ki, hazırda 5 illik razılaşmaya sadiqik. 5 illik razılaşma ilə bu addımı atmaq istəyirik.
    Bu platforma məsələsini dünən də dedim və bu gün də deyirəm. Bu platformanın lider ölkələri Rusiya, Türkiyə, Azərbaycan, İrandır. Burada Gürcüstanın və Ermənistanın da olmasını istəyirik. Rusiya da bunu istəyir. Bildiyiniz kimi, bu yaxınlarda Gürcüstanın baş naziri bizdə idi və onunla bu barədə danışdıq.
    Bu məsələləri ona konkret olaraq bildirdim və o, “bunun üzərində işləyək” dedi. Onları bu şəkildə yola saldıq. Bu platformaya müsbət dəstək versələr, bölgənin çox sürətlə sakitləşəcəyini düşünürəm. Bu marşrut əlbəttə ki, Azərbaycan üçün böyük imkanlar yaradacaq. Eynilə bu, əlbəttə ki, Ermənistana böyük üstünlüklər verəcək.
    Rusiyanın da bu məsələyə müsbət baxışı var. Çünki bu, vacib bir dəhliz, vacib bir xəttdir. Ümid edirəm ki, bölgənin əkinçiliyinə çox ciddi bir sərvət qatacaqdır. Başqa sözlə, buranın kənd təsərrüfatı dəhlizi kimi nəfəs alacağına inanırıq.

    - Şuşa Bəyannaməsindən danışarkən cənab İlham Əliyev bunu Qars müqaviləsi ilə müqayisə etdi. Azərbaycan cəmiyyətində Türkiyənin hərbi baza yaratmasına ciddi tələb var. Bu yeni saziş çərçivəsində Azərbaycanda bir hərbi baza yaradıla bilərmi? Şuşa Bəyannaməsi hərbi bazanın yaradılmasına imkan tanıyırmı?

    - Hal-hazırda dediyiniz bu məsələ Bəyannamənin izah etdiyimiz maddələrinin xaricində deyil. Bu məsələ daha sonra inkişaf etdirilə, genişləndirilə bilər. İndi burada əsas məsələ sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, buna zəmanət verilməsidir. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşmələrinin gedişində öz həllini tapa bilər. Eyni zamanda bizim danışıqlarımızın gedişində də bu məsələnin həlli başqa bir formada reallaşdırıla bilər.

    - NATO-da dünya liderlərinə terrorla mübarizə mövzusunda Türkiyənin YPG/PKK, FETÖ və İŞİD-lə mübarizəsinə dair ingilis dilində bir kitab təqdim etdiniz. Bu araşdırma ilə (kitabdakı araşdırmalar-red.) Türkiyənin bu üç terror təşkilatına qarşı apardığı mübarizə barədə konkret dəlillər ortaya çıxdı. Buna reaksiyalar necə oldu?

    - Cənab Baydenə və digər liderlərə verdiyim kitabdan razı qaldılar. Dünya liderlərini sənədlərlə, məlumatlarla bilgiləndirmək istəyirik. Digər tərəfdən, təəssüf ki, ABŞ hələ də Afrindəki xəstəxananın bombalanması ilə əlaqədar bu terror təşkilatının YPG olduğunu söyləyə bilmədi. PKK, YPG, FETÖ və İŞİD-ə qarşı apardığımız mübarizəni bir daha sənədlərlə birlikdə həmsöhbətlərimizə ən yüksək səviyyədə çatdırdıq. Nə olursa olsun, terrorla mübarizəyə davam edəcəyik. Bunu ölkəmiz üçün, bölgəmiz üçün, qlobal sülh və ədalət üçün edirik. Terrorizm ümumbəşəri bir problemdir. Mübarizəmiz yalnız ölkəmiz üçün deyil, insanlıq uğrunda bir mübarizədir.

    - Terrorla mübarizə və Afrində mülki vətəndaşlara YPG hücumundan danışdınız. Xüsusilə Suriyanın şimalında terrorizmlə mübarizəyə ABŞ-ın münasibəti necə olacaq?

    - Biz hər zaman "yaxşı terrorçu, pis terrorçu" kimi ikili münasibətlə terrorizmin məhv edilə bilməyəcəyini vurğulamışıq. Terrorun hədəfi olan bir müttəfiqin yanında durmaq əvəzinə, müttəfiqin mübarizə apardığı terror təşkilatlarına üstünlük vermək tarixi bir səhvdir. Terror təşkilatlarını dəstəkləyənlər və onları təşviq edənlər nə qədər böyük səhv etdiklərini gec-tez başa düşəcəklər.

    İnanıram ki, biz öz göbəyimizi özümüz kəsirik. Bunun başqa bir yolu yoxdur. Təhlükəsizlik güclərimizə inanırıq və etibar edirik. Və biz güclüyük, Əlhəmdulillah. Başqa sözlə, silahlı qüvvələrimizlə, polisimizlə, bütün təhlükəsizlik işçilərimizlə birlikdə güclüyük. Bunu Liviyada da, Suriyada da sübut etdik, burada da sübut etdik.
    Bunu sübut etməyə davam edəcəyik. Bizi çox ciddi mənada sevən insanlar bu mövzuda hansı mövqedə olduğumuzu çox yaxşı bilirlər. Cənab Baydenlə bu barədə çox dəqiq və aydın danışdım.



    - Türkiyənin “F-35”-lə bağlı fikirlərinin dəyişmədiyini Baydenə çatdırdığınızı bildirdiniz. ABŞ-ın F-35 haqqında rəyi dəyişdimi? Baydendən aldığınız dəqiq cavab nə oldu?

    - “Həm F-35, həm də S-400 baxımından Türkiyə olaraq fərqli bir addım atacağımızı gözləməyin” dedim. Çünki “F-35”-də öz üzərimizə düşəni etdik və pulla verməli olduğumuzu verdik. “S-400” ilə bağlı sizdən “Patriot” istədik, vermədiniz. Əksinə, bazalarımızda olanları da götürdünüz. Yaxşı, bəs biz nə etməli idik? Başımızın çarəsinə baxmalı idik.

    Biz bütün hüquqlarımıza əməl edəcəyik. Müdafiə sənayesi ilə bağlı bütün məsələləri və birgə ata biləcəyimiz addımları müzakirə etməyə davam edəcəyik. Bundan sonrakı dövrdə Xarici İşlər nazirimiz, Milli Müdafiə nazirimiz və Müdafiə Sənayesi Komitəsinin sədri həmkarları ilə görüşərək bu prosesi davam etdirəcəklər.

    - Siz də Baydeni Türkiyəyə dəvət etdiniz. Bunun üçün bir tarix təyin olundumu?

    - Tarix deyilmədi, ancaq tarixin siqnalları göründü. Bayden dedi ki, hal-hazırda son dərəcə gərgin iş vaxtıma baxmayaraq, onları yoluna qoyduqdan sonra xüsusilə Türkiyəyə bir səyahət etmək istəyirəm.

    - ABŞ ilə bir çox ortaq maraqlar və əməkdaşlıq sahələri var. Sizcə, Baydenlə görüşdən sonra ABŞ-la münasibətlər necə davam edəcək?

    - Cənab Baydenlə münasibətlərimizi müttəfiqliyə və strateji tərəfdaşlığa layiq bir şəkildə davam etdirməyi arzulayırıq. Suriyadan Liviyaya, terrorla mübarizədən enerjiyə, ticarətdən investisiyalara qədər ABŞ-la ciddi əməkdaşlıq potensialımız var. Ölkələrimiz arasında mövcud mexanizmləri işə salmaqla bu potensialı tam həyata keçirməyi hədəfləyirik.

    - NATO Zirvəsindən əvvəl Liviyaya bir heyət göndərdiniz. Liviyada önümüzdəki dövrdə hansı inkişaflar ola bilər?

    - Məlum olduğu kimi, Liviyanın qanuni hökuməti ilə sıx əməkdaşlıq edirik. NATO Sammitindən əvvəl Xarici İşlər nazirimizin rəhbərlik etdiyi heyət Liviyada bir sıra görüşlər keçirdi. Brüssel sammitindən əvvəl belə bir ziyarət etmək çox vacib və çox faydalı idi. Heyət həm Baş nazir, həm də Şura sədri ilə səmərəli görüşlərdən məmnuniyyətlə geri döndü.
    Liviya tərəfi də bu səfərlərdən və görüşlərdən məmnun qaldı. Liviya ilə əlaqələrimizi gücləndirmək və müqavilələrimizi nəzərdən keçirmək fürsətimiz oldu.
    Əlbəttə ki, bu ziyarət dünyada çox fərqli bir şəkildə qarşılandı. Bundan sonra bu işlərə müəyyən fasilələrlə davam edəcəyik. İnşallah, bu heyət Əfqanıstan, Pakistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və bölgədəki digər dövlətlərlə də bu işi davam etdirəcək. Bunu etməyimizin bir səbəbi var. Biz bununla "Türkiyə daim yanınızdadır, sizi tək qoymayacağıq" - deyirik. Bu diplomatik münasibətləri daim yaşadacağıq.

    - ABŞ Əfqanıstandan çəkiləcəyini açıqladı. Geri çəkilmə prosesi rəsmi olaraq başladı. Ancaq Türkiyənin Əfqanıstanda varlığına davam edəcəyi ilə bağlı bir gözlənti var. Türk ordusunun Əfqanıstandakı varlığı davam edəcəkmi? Əfqanıstanda ABŞ ilə əməkdaşlıq prosesi necə davam edəcək?

    - Türkiyə Əfqanıstanda sabitlik və sülh üçün ən çox səy göstərən ölkələrdən biridir. NATO missiyası ilə birlikdə olduğumuz Əfqanıstanda davamlı bir sülh mühitinin yaradılmasına töhfə verməyə davam edəcəyik. ABŞ-ın Əfqanıstandan çəkilmə qərarından sonra Türkiyə burada üzərinə daha çox məsuliyyət götürə bilər.
    Əfqanıstandakı bütün tərəflərin və bölgə ölkələrinin konstruktiv töhfələri ilə sülh prosesini qalıcı hala gətirəcəyimizə inanıram. Sülh və əfqan qardaşlarımıza güclü dəstəyimiz üçün səylərimizi davam etdirəcəyik. İnşallah, Əfqanıstandakı qardaşlarımızın problem yaşamasına icazə verməyəcəyik.

    - NATO zirvəsində apardığınız danışıqlarda suriyalı qaçqınlar məsələsi gündəmə gəldimi? Bundan əlavə, Avropa Birliyi ilə əlaqələrdə ən son durum necədir?

    - Təəssüflə deyə bilərəm ki, Avropa liderləri bu məsələni heç gündəmə gətirmədilər. Əksinə, biz bunu gündəmə gətirdik, xüsusilə Frontex məsələsini. Şəxsən onların da Frontex-dən şikayətçi olduqlarını gördük. Frontex rəhbərinin də onlar tərəfindən tənqid olunduğunu gördük.

    Miçotakislə danışdıq. Ona dedim ki, bugünkü toplantı kimi, bundan sonra aramıza üçüncü tərəfləri, qurumları və ya dövlətləri gətirməyək. Təkbətək görüşək. Xüsusi nümayəndənlə mənim xüsusi nümayəndəm görüşsünlər və bizi məlumatlandırsınlar. Bundan sonra da biz bir araya gələrək buna uyğun addımlar ataq. Razılaşdığımız ən vacib məsələ bu idi.
    İnşallah bundan sonra dövlətlərin, qurumların və təşkilatların müdaxiləsi ilə yox, xüsusi nümayəndəm İbrahim bəy və onun xüsusi nümayəndəsi Eleni xanımla əlaqə quraraq Yunanıstanla bir araya gələ biləcəyik və müvafiq addımlar atacağıq. Bu, çox vacibdir.

    - Türkiyə son vaxtlar bir çox ölkəyə, hətta NATO ölkələrinə və ortaqlarına PUA satmağa başladı. Qərb və dünya mediasında PUA-larımızın qlobal geosiyasi tarazlıqlara təsiri barədə hər gün şərh yazılır. 
    Bu baxımdan müdafiə sənayemiz bir marka halına gəlir. NATO sammitində bununla bağlı bir tələb və ya qiymətləndirmə olubmu? Müdafiə sənayemizdəki irəliləyişləri və yeni layihələri qiymətləndirə bilərsinizmi?

    - Bu məsələyə olan marağı xüsusilə NATO Sammitində gördük. Bu baxımdan bu yaxınlarda Polşa ilə bir razılığımız oldu. Polşa ilə bərabər imkanlar da artmış oldu. İndi vaxtaşırı istəklər gəlir, gələcəklər də. Əlbəttə, burada bizim üçün bir şey çox vacibdir. “Baykar”ın bu sahədəki addımı, türk müdafiə sənayesini Avropaya açmaq deməkdir.
    Türk müdafiə sənayesinin məhsulları ilk dəfə Avropa bazarlarına girəcək. İndi bəzi yeni məhsullar və silahlar da var. Onlar da bu bazarlara girəcəklər.
    NATO və NATO ölkələri üçün bu silahların, alətlərin, avadanlıqların olması çox vacibdir. Polşa bu nöqtədə vacibdir. Ümid edirəm ki, növbəti prosesdə güclərimizi birləşdirərək bu addımları davam etdirəcəyik.

    - Siyasi Partiyalar Qanunu və Seçki Qanunu ilə bağlı işinizi MHP-yə göndərdiniz. Bu məsələ ilə bağlı bir geri dönüş oldumu?

    - Seçki Qanunu ilə əlaqədar hazırlanmış paket Xalq İttifaqının partiyasından olan Feti Bəyə çatdırıldı. Oradakı geri dönüşdən sonra yenidən qiymətləndirmə aparacağıq və buna uyğun hərəkət edəcəyik.

    - Yeni Konstitusiya üzərində iş hansı mərhələdədir?

    - Konstitusiya ilə bağlı işlərimiz hazırda Yavuz Atarın rəhbərlik etdiyi Konstitusiya Elmi Şurası tərəfindən aparılır. Layihə işi tamamlandı. Eynilə bu işi müttəfiqimiz MHP-yə vermək mərhələsindəyik. MHP sədri hörmətli Dövlət Bahçeli hazırlıqlarını bizə göndərdi. Bir heyət ilə birlikdə işləyirik. Ümid edirəm ki, sonra bunu hər ikimizin ortaq qəbulu olaraq parlamentdəki digər partiyalarla, QHT-lərlə və ictimaiyyətlə bölüşəcəyik.

    - Seçki ilə əlaqədar Millət İttifaqındakı ortaq namizədlə bağlı qarışıqlıq var. Cənab Kılıçdaroğlunun son vaxtlar namizədliyə daha yaxın olduğu müşahidə olunur. Növbəti seçkilərdə rəqibinizin necə bir profilə sahib olmasını istərdiniz?

    - Cümhuriyyət İttifaqının namizədi bəllidir. Yəni kiminlə qarşılaşmamızın əhəmiyyəti yoxdur. İndi Cümhuriyyət İttifaqının namizədi olaraq, hazırlıqlarımızı ən güclü və ən gözəl şəkildə etməliyik. 19 ildə ölkəmizi haradan gətirdik, bundan sonrakı müddətdə haraya götürəcəyik, bunun üzərində işləməliyik. Bunun üçün ciddi bir komanda, ciddi bir heyət qurmalıyıq.

    - Bu yaxınlarda ölkəmizdə peyvənd mövzusunda sürətli irəliləyiş əldə etdik. Məhdudiyyətlər yumşaldıldı, bəs tam normallaşma nə vaxt olacaq?

    - Bu gündən(16 iyun) etibarən birinci və ikinci dozada cəmi 37 milyonu keçdik. Birinci dozada 23 milyon, ikinci dozada 14 milyon peyvənd vurulub. İndiyə kimi heç bir problemimiz yoxdur. Yaxşı vəziyyətdəyik. Həm Çin, həm də Almaniya bizə verdiyi sözləri yerinə yetirirlər. Vaksinləri tədricən göndərirlər.
    Yerli peyvəndimizlə bağlı işlər intensive şəkildə davam edir. Ümid edirəm sentyabr və oktyabr aylarına kimi öz peyvəndimizi istehsal etmiş olacağıq. Səhiyyə Nazirliyi hamını sürətlə peyvənd etmək səylərini davam etdirir. Hazırda ölənlərin sayı kəskin şəkildə azalıb. Ümidimiz xəstələrin sayını daha da azaltmaqdır. Ümid edirik ki, maskaların tələb olunmayacağı bir dövrə girəcəyik.

    "Maskaları nə vaxt çıxaracağıq" sualına, ümid edirəm, Səhiyyə nazirimiz bir an əvvəl cavab verəcək. İstəyimiz ən qısa müddətdə maskadan qurtulmaqdır. Xalqımız da bu məsələdə bir rahatlama dövrünə girmiş olsun.

    Hazırladı: Güntəkin Nizam

    Oxunub: 327
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.