Fermerlərdən 65 qəpiyə alınan pambıq xaricə 2,5 manata satılır
Bu ilin ilk 5 ayı ərzində Azərbaycan xarici ölkələrə 72 min 716,1 ton pambıq lifi ixrac edib.
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, xaricə satılan pambıq lifinin dəyəri 109 milyon 370,5 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi xaricə satılan pambığın 1 kiloqramının gömrük dəyəri 1,5 dollar (2,5 manat) təşkil edib.
Məlumat üçün qeyd edək ki, hazırda dünya bazarlarında pambığın 1 kiloqramının orta satış qiyməti 1,85 dollara (3,15 manat) bərabərdir.
Azərbaycanda isə 1-ci növ pambığın hər kiloqramı fermerlərdən 65 qəpiyə (0,38 dollar) satın alınır.
Oxunub: 381
Xəbəri paylaş
Paylaş: