Cəhənnəm istiləri başladı: 1200 ildən sonra ilk dəfə...- Xəbərdarlıq edildi

Yerli KİV xəbər verir ki, ABŞ-ın qərb bölgələrində havanın temperaturu gözlənilmədən qalxıb.
Kaliforniya və digər qərb ştatlarındakı bəzi bölgələrdə bu həftə 48 dərəcə istiliklə rekordlar qırılıb.
Kaliforniya qubernatoru Qavin Nyuson həddindən artıq istilərə görə kondisionerlərdən intensiv istifadə səbəbiylə elektrik xətlərindəki yükü azaltmaq üçün fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Əhalidən paltaryuyan və qabyuyan maşınlardan istifadə etməmələri və enerjiyə qənaət etmək üçün əllərindən gələni etmələri istənilib.
San-Fransisko üçün də bu xəbərdarlıq edilib və bir neçə nöqtədə soyutma mərkəzlərinin qurulduğu bildirilib.
Son 1200 ildir belə istiliyin müşahidə olunmadığı deyilib.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: