Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • NATO-nun ƏN GÜCLÜ ORDULARI - SİYAHI
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Müdafiə naziri söz verdi: “Azərbaycan Ordusu bir çox uğurlara imza atacaq”
  • ABŞ və Rusiyanın super silahları: 288 şəhəri bir göz qırpımında yox edə bilər – Fotolar
  • SABİQ SOVET KƏŞFİYYATÇISINDAN PUTİNƏ SƏRT İTTİHAMLAR: "Oyun bitdi, SSRİ-ni bərpa etmək mümkün olmayacaq" - TƏHLİL

    • Tarix: 1-03-2020, 14:10


    Yuri ŞVETS, sabiq sovet kəşfiyyatçısı
    “Obozrevatel”, Ukrayna, 28 fevral 2019-cu il
     
    Dirçəldilmiş “Müdafiəçi-Avropa 20” təlimi sadəcə təlim deyil, ABŞ və NATO-nun strategiyasının köklü dəyişdirilməsidir. Bu, o zaman Avropada yerləşdirilmiş taktiki nüvə silahından önləyici istifadəni nəzərdə tutan soyuq müharibə dövrünün strategiyasına qayıdışdır. Putin uzun müddət ərzində bundan yayınmaq, qaçmaq istəyib.
    İndi hər şey təkrar olunur. Ötən ilin dekabr ayında ABŞ “Ohayo” sinfinə aid strateji sualtı qayıqlarını kiçik gücə malik “W76-2” nüvə başlıqları ilə təchiz etdi. Bu, hər sualtı qayıqda standart formada olan 24 ədəd ballistik “Traydent-2” raketinə əlavə idi. Bu barədə həmkarım Andrey Piontkovski yaxınlarda detallı olaraq məlumat vermişdi.
    Putinin silahdaşları ilə birgə oynadığı oyun bitdi. İndi soyuq sülh soyuq müharibəyə çevrilir, müharibədə də qalib və məğlub olmalıdır.
    Maliyyə-iqtisadi sanksiyalar Putin Rusiyası ilə sərt hərbi qarşıdurma ilə tamamlanır. Hesab da odur ki, rejim özü ölkəni, Reyqan dövründə SSRİ-də olduğu kimi, içəridən bitirəcək. Obama onların, təlxəklərin xoşuna gəlmədi. İndi “Trampnaş”dan hədiyyənizi alın.
    “Müdafiəçi-Avropa 20” təlimi Putin Rusiyasının “potensial düşmən”ə çevrilməsi deməkdir. Bu, “W76-2” nüvə başlıqları ilə birlikdə, tamamilə aydın siqnaldır.
    Putinin uydurma yalanları, Xruşşovdan Brejnevədək sovet liderlərinin uydurmalarısayaq, növbəti dəfə əks nəticəyə gətirib çıxarıb və Kremlin uşaq təhdidlərinə Vaşinqton böyük kimi cavab verir.
    Və elə məhz bu anda informasiya məkanında müəlliflərinin missioner kompleksi ilə ortaya çıxmış SSRİ-nin bərpa olunması haqqında hərbi planlarla bağlı hekayə ilə birlikdə, cənab Solovey peyda olur. Professorun sözlərinə görə, yeni peyda olmuş “məsihlər”in motivasiyası belədir: bəli, biz anlayırıq ki, bu, ağılsızlıq və intihardır, lakin biz buna gedirik, çünki dəli olmuşuq.
    Burada biz yenə də dezinformasiya ilə qarşılaşırıq. Cənab Soloveyin translyasiya etdiyi aktiv tədbirin müəllifləri, təqribən, bir il ərzində Putini dəyişmək istəyən varisləridir. Bunlar xüsusi xidmət orqanlarının yüksək çinli məmurları, Putinin FTX direktoru təyin olunmasında sonra Moskvada peyda olanlardır. Buna qədər onlar DTK-nın Leninqrad idarəsində, sonra da FTX-nin Sankt-Peterburq idarəsində birlikdə işləyiblər.
    Onların əksəriyyəti andlı cinayətkarlardır. Onlar 1991-ci ildə həqiqi xidmətdə idilər və SSRİ-ni müdafiə etmək üçün “qanlarını və canlarını əsirgəməyəcəklərinə” and içmişdilər. SSRİ-nin saxlanması uğrunda gedən ölümcül mübarizədə onların heç biri gözə dəyməyib. Bunun yerinə, onlar nizami sıralarla, faktiki, SSRİ-nin qəbirqazanı olan  Yeltsin rejiminin xidmətinə keçdilər. Lakin yeni ölkənin – Rusiyanın təhlükəsizliyi və çiçəklənməsi üçün də xüsusi tər tökmədilər. Onlar bu ölkəni amansızcasına taladılar. 1990-cı illərin əvvəllərində ərzaqla mübadilə edilməsi üçün şəhərə verilən neft məhsullarını oğurlayaraq, Peterburqu aclığa məhkum edən onlar idi. Və bunu Blokada vaxtı (II Dünya Müharibəsi dövründə – tərc.) aclıq yaşayan bir şəhərdə etdilər.
    Sonra qanadları altına girdikləri yerli quldurlarla birləşdilər. Və nə zaman ki, Lyudmila Narusovanın ciddi hesab etdiyi problemi yarandı, o, Putinə deyil, Kumarinə (Sankt-Peterburqdan olan Tambov mütəşəkkil cinayətkar dəstəsinin lideri Vladimir Barsukov – tərc.) şikayət etdi. Çünki şəhərdə real hakimiyyətin kimdə olduğunu bilirdi. Onlar yerli mütəşəkkil cinayətkar dəstələrlə və Kolumbiyanın ən böyük narkotik karteli olan Kali karteli ilə birlikdə kokainin Avropaya ötürülməsi üçün Peterburqu ötürmə bazasına çevirdilər.
    Bu zəngin təcrübəni nəzərə alan Putin, Pavel Borodini Kremlə apardı. O, həmin dövrdə İsveçrənin “Mabateks” və “Merkata” şirkətlərilə çoxmilyonluq fırıldaqçı əməliyyatları yönləndirirdi. Bu fırıldaq əməliyyatlar tezliklə həm ölkə daxilində, həm də xaricdə heç də az olmayan səs-küy çıxardı. Putin aktiv şəkildə layihəyə girişdi və görünür, özünün Peterburq təcrübəsinin dəyərli olduğunu sübut etdi. Tezliklə o, FTX direktoru təyin edildi və “Kreml-“Mabateks”-“Merkata”” fırıldağının təhqiqatı gedişində Prezident Yeltsinin ailəsinədək gedib çıxan Baş prokuror Skuratovun vəzifədən kənarlaşdırılmasında həlledici rol oynadı.
    Yeltsin FTX-dən oddan qorxan kimi qorxurdu və Putini məhz bu xüsusi xidmət orqanını neytrallaşdırmaq üçün təyin etdi. Gələcək milli duçe (Benito Mussolininin daşıdığı titul, “lider”, “rəhbər” – tərc.) bu tapşırığın öhdəsindən parlaq şəkildə gəldi. Bunun üçün o, Peterburqdan öz cinayət ortaqlarını çağırdı. Onlar, nəhayət, FTX-ni başlıca məqsədi Peterburqun mütəşəkkil cinayətkar dəstələrindən əxz etdikləri metod və vasitələrin köməyilə “xəmiri yoğurmaq” olan yarıcinayətkar bir korporasiyaya çevirdilər.
    Putini prezident postuna irəli sürmək üçün bu uşaqlar Moskva, Buynaksk və Volqadonskda bir neçə evi partladaraq, terror aktları seriyası törətdilər. Onlar yalnız FTX-nin diversiya qrupu Ryazanda növbəti terror aktı hazırlığı zamanı yaxalananda dayandılar.
    Putinin Kremldə taxta oturmasıyla hakim kleptokratiyanın fəaliyyətinin başlıca məzmunu ölkənin həmin dövrədək görünməmiş miqyasda talan edilməsi oldu. Bütün bunlar rejimin rəqiblərinin həm ölkə daxilində, həm də xaricdə öldürülməsi seriyası ilə müşayət olundu.
    Hazırda bu “məsihçilik” xadimlərinin əksəriyyətinin yaşı çoxdan 60-ı keçibdir. Onların belində terrorçuluq, quldurluq, narkobiznes, qətl və sonsuz, arası kəsilməyən, patoloji oğurluq vardır. Eyni zamanda şuba depoları, yaxtaları, sarayları, təyyarələri, balıq vətəgələri, ofşor zonalarda milyardları və yüksəkgəlirli yerlərdə – “xırmanlar”da yerləşdirilən uşaqları vardır. Və indi onlar bizi inandırmağa çalışırlar ki, məşhur lətifədə olduğu kimi, bütün bunların hamısını atacaqlar və “qanlarını və canlarını əsirgəmədən” 1991-ci ildə veclərinə olmayan SSRİ-ni bərpa etməyə gedəcəklər. Əgər onlar normal adamların onlara inanacaqlarını düşünürlərsə, deməli, “Nağıllar ölkəsi”ndəki “məsihlər” də nağıldır.
    Bu, çətin ki, baş tutsun. 68 yaşında Solğun Güvə (Putinin ləqəbi – tərc.) – qartala, Xlestakov – Napoleona, Şura Balaqanov – Makedoniyalı İsgəndərə, Svirid Petroviç Qoloxvostıy – Fateh Vilhelmə çevrilə bilməz. Bütün bunların hamısı – Putin də, Bortnikov da, Patruşev də, hətta onlara qoşulan Seçin də eyni zamanda və kütləvi surətdə dəyişə bilməz. Bu, Darvinə görə də, Allah hökmünə görə də, hətta nağılda da mümkün deyildir. Bəs nə üçün bu adamlar mifik messianizm tutması üzündən dünyanı məhvolma həddinə gətirməyə hazırlıq haqqındakı bütün bu cəfəngiyyatı ictimai fikirə ötürürlər?
    Cavab verirəm. Hazırda onların başlıca vəzifəsi hakimiyyəti ələ keçirməkdir. Düşmən qüvvələrin mane olmaması üçün, Allah eləməsin, onlar özlərini dəliliyə vururlar ki, heç kim baş qoşmaq istəməsin.
    Hakimiyyəti ələ keçirdikdən sonra isə bu adamlar dünyaya bəyan edəcəklər ki, dəhşətli müharibənin qarşısını almaq üçün bu ağır məsuliyyət yükünü öz üzərimizə götürdük. Və ümid edirlər ki, hamı sevinəcək və onlara hər şeyi bağışlayacaq. Daha həyasız davranaraq bütün günahları Putinin üzərinə də yıxa bilərlər. Deyə bilərlər ki, onu istefaya göndərməli olduq, çünki ağlını itirmişdi və III Dünya Müharibəsi çıxarmaq istəyirdi.
    Putindən sonra hakimiyyətin konfiqurasiyası müxtəlif cür ola bilər. Məsələn, qara generalların triumviratı ola bilər. Ancaq bu, çətin ki, olsun. Yəqin ki, özlərindən birinin taxta oturması üçün timsahlar razılığa gələ bilməyəcəklər və taxta iplərini əldə tuta biləcəklərinə inamla, meydana yenicə çıxmış “Simeon Bekbulatoviç”i çıxaracaqlar. Beləliklə, cənab Medvedev aşağı start pozası ala bilər.
    Qərb istiqamətində müharibə olmayacaq, beləliklə, yeni Yalta da olmayacaq. SSRİ-nin dağılması gedişində sovet elitasının təslim olmasına bənzər ssenariyə uyğun şəkildə, ABŞ qarşısnda təslimolma baş verəcəkdir. O zaman, 1991-ci ilin avqustunda FVDK-nın uğusuzluğundan sonra aydın oldu ki, rus elitası ən çox xalq üsyanından qorxur və onu öz xalqından qoruya biləcək yeganə güc Amerikadır. Cəmi iki il öncə Kreml öz raketlərilə ABŞ-la yarışırdı, lakin 1991-ci ilin payızında Pizadan (yəni, Moskvadan) yollanan üç çapar təzim etmək üçün gizlicə Vaşinqtona gəldi. Onların ikisi DTK-nın agenti idi. Biri, demək olar ki, sovet və postsovet dövrünün vətənpərvər dövlətçilərinin ikonasıdır. Digəri Yeltsinin yaxın köməkçisidir. Bu elçilər keçmiş və yeni rus elitası adından gizli tarixi anlaşma bağladılar. Bu anlaşmaya görə, Amerikaya tam itaət və SSRİ ərazisində nüvə silahına nəzarət vədi verildi. Bundan əlavə, DTK-nın ABŞ ərazisində gizli əməkdaşlığa cəlb etdiyi ən qiymətli agentura təhvil verildi. Əvəzində Vaşinqton rus elitasının təmsilçilərinə şəxsi təhlükəsizlik təminatı, həmçinin çox maraqlı bir əməliyyat keçirməyə icazə verdi.
    Bu səfərin ardınca, 1992-ci ilin aprelinədək rus xüsusi xidmət orqanları Moskvadan gizli şəkildə təqribən 1 milyard dollar çıxardılar. Bu, praktiki, “Vətənin daxılı”nda olan, “partiyanın qızılı” adlandırılan bütün valyuta idi. Amerikalılar bundan xəbərdar idilər, lakin mane olmadılar. Bu, postsovet Rusiyasının öz “elitası” tərəfindən talan edilməsi üzrə belə miqyasda olan ilk əməliyyat idi.
    Görünür, yaxın bir ildə və ya il yarımda buna bənzər bir şey olacaq. RF iqtisadiyyatı durğunluq keçirir. Daxili gərginlik artır. Ölkə getdikcə oyanmaqda olan vulkana bənzəyir. Xarici avantüralar artıq plebeyləri sevindirmir, əksinə, qıcıqlandırır. Və heç bir işıq ucu görünmür. Növbəti dəfə hakim klan Rusiyanı dalana dirəyib.
    Professor Soloveyin iştirakı ilə keçirilən aktiv tədbir, demək olar ki, bir neçə əlamətdar hadisə ilə eyni zamanda baş verir. Bu hadisələr NATO ölkələrindən birinə hücum etdiyi halda, ABŞ-ın Putin Rusiyasına qarşı taktiki nüvə silahından önləyici məqsədlə istifadə strategiyasına dönüşü, ABŞ-ın RF sahilləri yaxınlığında patrul xidməti yerinə yetirən strateji sualtı qayıqlarının taktiki nüvə başlıqları ilə təchiz olunması, həmçinin RF siyasi həyatına tələsik şəkildə Konstitusiya dəyişikliklərinin və prezident hakimiyyətinin ötürülməsi haqqında dedi-qoduların atılmasıdır. Bu hadisələrin hər birini ayrılıqda müxtəlif cür şərh etmək olar. Lakin bir yerdə baxıldıqda, onlar tamamilə müəyyən bir istiqamət alırlar.
    Putin və rejimi öz ehtiyatını bitirib. İş o yerə çatıb ki, bu yaxınlarda keçirilən Münhen təhlükəsizlik konfransının illik hesabatında Rusiya bölümü təhqiramiz şəkildə “Rusiya: Putemkin dövləti” adlandırılıb.  Və bu 20 il ərzində təbliğata böyük xərclərin çəkilməsindən, havanın qəzəbli bəyanatlarla və animasiya filmlərilə silkələndilməsindən sonra baş verir. Putin və yaratdığı rejim beynəlxalq səviyyədə gülüş obyektinə çevrilib. Bu yeganə tarixi nailiyyət bütün ölkənin “Potyomkin kəndi”nə, uydurmaya çevrilməsindən ibarətdir. O, tarixə belə də keçəcəkdir: “Putemkin torpağının nağılları”.
    Klassikin yazdığı kimi, “Mavr öz işini gördü, mavr getməlidir”. Kremldəki qızları dəyişməyin vaxtı gəldi. İlk olaraq kim Vaşinqton “obkomu”na (Ağ Ev nəzərdə tutulur – tərc.) qaçıb çatacaqsa və 1991-ci ildə böyük yoldaşlarının etdiyi kimi, öz cinayət ortaqlarını satacaqsa, o, yaxşı yaşayacaq.
    O ki qaldı Ukraynaya, görünür, o, yaxın aylarda RF ilə bağlı sonradan düzəldilməsi mümkün olmayan qərarlar verməsə yaxşıdır.
    Ayrıca, prezidentin ətrafından Putin tərəfindən ona köməkçi kimi sırınmış adamları götürməyin vaxtı artıq çoxdan çatıb. Xoş niyyətlər haqqında nə qədər istəyirsən danışmaq olar, ancaq nə zaman ki, təcavüzkar təcavüz qurbanına yaxın köməkçilər təyin edir, bu, sadəcə təhqiramiz təslimçilik deyil. Bu, Çörçillin dediyi kimi, şərəfsizlikdir./Tərcümə Strateq.az-ındır

    Oxunub: 560
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.