"Prezident idarəçiliyini geri qaytarmalıyıq"-
Sarkisyan
“RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan Qətər İqtisadi Forumu zamanı videobağlantı ilə danışarkən bildirib.
Qeyd edək ki, dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. 21 partiya və 4 blokun iştirak etdiyi seçkidə Nikol Paşinyanın Vətəndaş Razılaşması Partiyası bütün seçki məntəqələrindən alınan səslərin hesablanması yekununda 53,92% səslə qalib gəlib. Keçmiş prezident Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku isə cəmi 21,04% səs toplaya bilib.