Koçaryan sükutu pozdu - Seçkilərdəki məğlubiyyətindən danışdı

Ermənistanın eks-prezidenti, “Ermənistan” blokunun rəhbəri Robert Koçaryan növbədənkənar parlament seçkilərindəki məğlubiyyətini şərh edib.
Ermənistan KİV xəbər verir ki, o, seçkilərin nəticəsini qəribə adlandırıb.
“Seçkilərin nəticələri qəribədir. Biz məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişik. Biz hələ deputat mandatlarını qəbul edib-etməmək barədə qərar verməmişik. Fikrimcə, mübarizə aparmaq üçün yeni imkanlar qazanmışıq”- deyə Koçaryan deyib.
O, küçə etirazları ilə yanaşı, parlamrntdə mübarizə aparmağı uğur formulu sayır./modern.az
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: