Teymur Rəcəbov Aronyana qalib gəldi
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla növbəti görüşünü keçirib.
Report-un məlumatına görə, XVII tura təsadüf edən blits qarşılaşması 34 yaşlı qrossmeysterin qələbəsi ilə başa çatıb.
Qara fiqurlarla oynayan Rəcəbov 30-cu gedişdə rəqibini təslim olmağa məcbur edib.
Oxunub: 338
Xəbəri paylaş
Paylaş: