Çində koronavirus qurbanlarının sayı 2,9 min nəfəri ötdü
Çində koronavirus qurbanlarının sayı artıb.
Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, koronavirusdan ölənlərin sayı 2 912 nəfərə çatıb. Son gün ərzində virusdan 42 nəfər ölüb.
Məlumata görə, ölkədə 44 mindən çox insan sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda Çində koronavirusa yoluxanların sayı 80 min nəfəri ötüb.
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: