"Qara dəniz heç vaxt “rus gölü” olmayacaq..."-
Danilov
Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının (MTMŞ) katibi Aleksey Danilov bəyan edib ki, Rusiya Qara dənizi özünün «daxili gölü» etməyə çalışır.
Özünün bu fikirini şərh edən Danilov iyunun 22-də öz Feysbuk səhifəsində yazıb ki, heç vaxt belə şey olmayıb və olmamalıdır - «təcavüzkar-qonşumuz bunu nə qədər istəsə də». O həm də iyunun 21-də Britaniyanın NMS Defender raket esminesi ilə tanışlığı barədə təəssüratlarını bölüşüb. Esmines hazırda Odessadadır. MTMŞ katibi bu gəminin kapitanından aldığı «unikal hədiyyə» ilə öyünüb.
«Unikal hədiyyə aldım. NMS Defenderin kapitanı Vins Onen mənə Qara dənizin Britaniyada çəkilmiş ilk xəritəsini təqdim etdi. Bu yadigar hədiyyə bir daha bizə xatırladır ki, Qara dəniz heç vaxt «rus gölü» olmayıb və olmamalıdır» - Danilov yazıb.
O həm də Ukrayna xüsusi təyinatlı donanmasının NATO hərbçiləri ilə keçirdiyi birgə təlimləri Britaniya esminesinin göyərtəsindən izləyib.
Xatırladırıq ki, Britaniyanın NMS Defender raket esminesi Odessaya iyunun 18-də Hollandiyanın HNMLS Eversten F805 freqatı ilə birlikdə gəlib. Hər iki gəmi Britaniya Krallıq hərbi-dəniz donanmasının aviasiya-zərbə qrupuna daxildir. Qrupa Queen Ehizaheth atom aviadaşıyıcısı başçılıq edir - o, hazırda Şərqi Aralıq dənizindədir.