Türkiyə ordusu Suriyanın hərbi aerodromunu dağıtdı

Türkiyə ordusu Suriyanın Aleppo əyalətində yerləşən “Nayrab” hərbi aerodromuna zərbələr endirib.
“Anadolu Agentliyi”nin məlumatına görə, hərbi obyekt Bəşər Əsəd gücləri tərəfindən aktiv şəkildə istifadə olunurdu. Qeyd edilir ki, zərbə aerodroma Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və artilleriyası tərəfindən endirilib. Agentlik digər təfərrüatları açıqlamır.
Xatırladaq ki, daha əvvəl Türkiyə İdlib səmasında Suriyaya məxsus iki təyyarəni məhv etmişdi.
Oxunub: 405
Xəbəri paylaş
Paylaş: