Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MƏMURLARIN VƏ DEPUTATLARIN DA MAAŞI AZALACAQ -  Vergi güzəştlərinin ləğvi hansı “sürprizlər” vəd edir?
KREML DİASPORA BAŞÇILARIMIZDAN NƏ İSTƏYİR?- “Pul toplamağıma imkan vermirlər...”
İNVESTİSİYA QƏRARLARINA ANALİTİK YANAŞMA - Bir gəncin ABŞ uğuru İbrahim Nəbioğlunun təqdimatında /Eksklüziv
Press-fakt.az
    
  • Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
    Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
  • 
  • “Türkiyə çökür” iddialarına cavab -
    “Türkiyə çökür” iddialarına cavab - Reytinq şok etdi
  • 
  • Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
    Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
  • 
  • MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF -
    MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF - “Putin İrana zərbələrə şəxsən razılıq verib”
  • 
  • Monika  Belluççi rejissor sevgilisindən AYRILDI -
    Monika Belluççi rejissor sevgilisindən AYRILDI - FOTO
  • 
  • Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların
    Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların SAYI AÇIQLANDI
  • 
  • “MOSKVA BAKI İLƏ KOMPROMİS AXTARIR” -
    “MOSKVA BAKI İLƏ KOMPROMİS AXTARIR” - “Oktyabrda yüksək səviyyəli görüş keçirilə bilər”
  • 
  • Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR -
    Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR - ÖZƏL
  • 
  • Kreml Trampı manipulyasiya edir -
    Kreml Trampı manipulyasiya edir - ISW-nin hesabatı
  • 
  • Firad Əliyevə yüksək vəzifə verildi -
    Firad Əliyevə yüksək vəzifə verildi - DOSYE
  • 
  • Ermənistanın MTX rəisi Simonyan Bakıya gəlir -
    Ermənistanın MTX rəisi Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI
  • 
  • Misir prezidenti İSRAİLİ "DÜŞMƏN" ADLANDIRDI: 
    Misir prezidenti İSRAİLİ "DÜŞMƏN" ADLANDIRDI:  Ordu döyüş hazırlığına GƏTİRİLDİ
  • 
  • Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib
    Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib
  • 
  • Elm və Təhsil Nazirliyi 40 MİLYON MANATLIQ
    Elm və Təhsil Nazirliyi 40 MİLYON MANATLIQ kompüter alır
  • 
  • Qəzzadakı müharibə səbəbindən bir milyondan çox insan köçkün düşüb
    Qəzzadakı müharibə səbəbindən bir milyondan çox insan köçkün düşüb
  • 
  • Bu uşaqlara birdəfəlik müavinət veriləcək -
    Bu uşaqlara birdəfəlik müavinət veriləcək - 2600 manat
  • 
  • Belarus və Çexiya arasında casusluq qalmaqalı -
    Belarus və Çexiya arasında casusluq qalmaqalı - Diplomatik qarşıdurma dərinləşir
  • 
  • Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib
    Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib
  • 
  • Bakıda və bölgələrdə leysan yağacaq -
    Bakıda və bölgələrdə leysan yağacaq -  Hava PROQNOZU
  • 
  • Bakıda Formula 2 Qran-Prisində sərbəst yürüşün qalibi bəlli oldu
    Bakıda Formula 2 Qran-Prisində sərbəst yürüşün qalibi bəlli oldu
  • 
  • ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib - 
    ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib -  BMT TŞ-nin qətnaməsinə veto qoyub
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • ŞUŞA TÜRMƏSİNİN CƏLLADLARI: “Lyoxa” və “Lyoşa”...- Zərərçəkmişlər danışdı /FOTO
  • Zərərçəkmiş: "Ermənilər meyitlərə məxsus qızılları çıxarmağa məcbur edirdilər"
  • "İşgəncələrdən ölən də, dözməyib intihar edən də oldu"- ermənilərin işğəncə verdiyi şəxs
  • Qarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi başladı
  • Azərbaycanlılara işgəncə verən erməni hərbi cinayətkarların məhkəməsi başladı
  • "MƏNİ DİRİ-DİRİ YANDIRMAQ İSTƏYİRDİLƏR..."- Zərərçəkmişlər dəhşətli işgəncə faktlarını açıqladılar

    • Tarix: 23-06-2021, 13:28



    “1997-ci ildə hərbi xidmətə çağırılmışam, həmin il ermənilərə əsir düşmüşəm”.  

    Bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş Elşən İslamov deyib.

    O bildirib ki, Gədəbəy rayonunda postda olarkən əsir götürülüb: “Bu zaman özümdən getdim. 1999-cu ildə Yerevanda təcridxanada idim, gəlib məni apardılar. Bir otağa saldılar, orda Mkrtiçyan Lüdvik gəldi mənimlə söhbət elədi. Dedi ki, ad soyadını dəyişib. Ermənistanda qalacaqsan, ailə quracaqsan, Ermənistan vətəndaşlığını qəbul edəcəksən, azərbaycanlılara qarşı döyüşəcəksən. Bildirdi ki, Ermənistanda mənim üçün hər cür şərait yaradılacaq. Razı olmadım. Buna görə də Mkrtiçyan mənə amansız işgəncə verdi. Sonra məni Şuşa türməsinə güllələnməyə apardılar. Rəssam idim, erməni zabitinin şəklini çəkmək üçün bir vərəq gətirdilər. Mən də çəkdim. Sonra kəmərlə döyməyə başladılar”.

    Şahid deyib ki, ermənilər onu diri-diri yandırmaq istəyiblər: “Qış idi, məni erməni əsgərlərə təhvil verdilər. Əsgərlər məni yerə uzadıb əllərimi bağladı, üstümə benzin tökdülər. Onlar benzin qabını da başımın altına qoydular. Hazırlaşırdılar ki, yandırsınlar. Bu zaman xəbər gəldi ki, məni yandırmasınlar aparırlar. Yenidən döyməyə başladılar.

    Maşına mindirdilər, yemək verdilər, yenə döydülər. Döyə-döyə kəndə gətirdilər. Maşından düşəndə başımdan vurdular və özümdən getdim. Ayılanda Şuşa türməsində olduğumu gördüm. Orda çoxlu yaralı azərbaycanlılar var idi. Birinin gözünü çıxarmışdılar. Dedilər ki, 1992-ci ildə əsir düşənik. Betonun üstünə su tökürdülər, biz orda yatırdıq. Tualetə gedib-qayıtmaq üçün 3 dəqiqə vaxt vermişdilər. Tualetə qaça-qaça gedəndə 4 dəqiqəyə çatırdıq. Artıq qayıdanda 7 dəqiqə olurdu və məni amansızcasına döyürdülər.

    Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gələndə gördü ki, bizim yatmağa pastelimiz yoxdu. Tapşırıq verdi ki, bizə yatmağa yorğan döşək versinlər. Komitə nümayəndəsi gedəndən sonra yorğan-döşəyi aldılar. 

    Sonra məni iki nəfər maşına mindirib bir dağa apardı. Orada düşürdülər ki, “dayan güllələyirik”. Sevindim ki, canım qurtarır. “Geriyə dön” dedilər. Dönəndə bizim postumuzu gördüm. Məni saxladılar, başladılar bizimkilərə tərəf atəş açmağa. İstəyirdilər ki, bizim postdakılar da atəş açsın və bizi vursunlar. Amma bizimkilər məni vurmadılar”.

    E.İslamov söyləyib ki, ona L.Mkrtiçyan Şuşa türməsində işgəncələr verib: “O, kəlbətinlə ağzımdakı qızıl dişləri çıxartdı. Mən Mkrtiçyan tərəfindən işgəncələrə məruz qalmışam, Xosrovyanı tanımıram. Mkrtiçyan mənə elə işgəncələr verib ki, onu hələ də unuda bilmirəm”.

    "Bizə Mkrtiçyan bir-bir elektrik cərəyanı verirdi"

    “1992-ci ildə könüllü olaraq müharibəyə yollanmışam, bir il sonra - 1993-cü il sentyabrın 26-da mühasirəyə düşüb əsir götürüldüm”.
    Bunu isə Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Elman Hacıyev deyib.



    O bildirib ki, əsirlikdə olanda L.Mkrtiçyan tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb: “Əsir düşən zaman o qədər döydülər ki, özümdən getmişdim. Ayılanda əllərim bağlı, boynum zəncirli Ağdərədə olduğumu gördüm. İki gün yalnız mənə yemək üçün kələm turşusu yedizdirdilər.

    Boynumdakı zənciri açmadılar ki, qaçaram. Sonra məni Şuşa türməsinə apardılar. İki ay orda saxladıqdan sonra Xocavənd rayonuna apardılar. Bizi Xocavənddə tikinti işlərində işlədirdilər. Lüdvik Mkrtiçyanı orda tanımışam. Xocavənddə ferma var idi, gecə ora heyvanlar üçün yem gətirildi. Başladıq onu boşaltmağa. 
    Mkrtiçyan bir neçə adamla sərxoş vəziyyətdə əllərində avtomat bizi döyməyə başladı. Mən Mkrtiçyana dedim ki, “biz nə vaxtsa rastlaşarıq, cavabını verərəm”. Bu söz onun xoşuna gəlmədi, avtomatın qundağı və armaturla döyməyə başladı. Burnumu sındırdılar və atdılar palçığın içinə. Gözlərim həm döyülməkdən, həm də palçıqdan tutulmuşdu. Sonra məni yenə UAZ-a mindirib Şuşa türməsinə apardılar.

    Əsirlikdə olduğum müddətdə seperatçı rejimin o vaxtkı “müdafiə naziri” Samvel Babayanın qardaşının evinin tikintisində fəhlə işlədirdilər. Füzuli və Ağdam rayonundan evləri söküb gətirirdilər, biz də daşıyırdıq, ustalar ferma tikirdilər. Oranı söküb gətirən də azərbaycanlı əsirlər olub. Xocavənddə iki donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikirdik. Hamısı Samvel Babayanın qardaşının idi. Erməni ustalar qışqırırdı ki, “palçıq gecikir”, Mkrtiçyan da hər dəfə gəlib məni avtomatla döyüb işgəncə verirdi. Gün ərzində 6 nəfərə bir çörək verirdilər, başqa heç nə”.

    “Sonra bizi Karol Bayana ev tikmək üçün Xankəndinə gətirdilər. Onun evinin yanında Samvel Babayan üçün də 4 mərtəbəli villa tikdilər, biz də onlara fəhləlik edirdik. Ermənilər bizim qəbiristanlıqdan qara mərmərləri çıxarıb aparırdılar öz qəbirstanlıqlarında abidə düzəltdirirdilər. Qırmızı mərmərləri isə Samvel Babayanın villasının pilləkanında istifadə etdilər. Şuşa türməsində Lüdvik, Artur, Karen və digərləri işgəncə verirdilər.

    Bizə Mkrtiçyan bir-bir elektrik cərəyanı verirdi. Bir dəfə o, mənə elektrik cərəyanı verdi, sonra süpürgənin arxasına keçirilən taxta ilə vurub burnumu sındırdı. Mkrtiçyan məni türmənin qarşısına gətirdi. Metlaxları yerə palçıqsız düzdürdü. Dedi elə et ki, metlax tərpənməsin. O da mümkün deyildi, düz dayanmaq olmurdu. Mkrtiçyan da məni döyməyə başladı. Mkrtiçyan deyirdi ki, “birdən qaçmaq fikrinə düşərsən, onda səni işgəncələrlə öldürərəm”.
    O vaxt verilən işgəncələrdən indi də əziyyət çəkirəm. Dizlərimdə xəsarətlər qalır, böyrəklərimdəki ağrılara görə hər il müalicə alıram. Beynəlxalq Qırmızı Xaç Komitəsi Şuşa türməsinə baş çəkməyə gələndə bizə əvvəldən tapşırdılar ki, erməniləri və saxlanma şəraitini tərifləyək, əks halda axşam işgəncə verəcəkdilər. Biz də qorxumuzdan şikayət etmirdik”, - zərərçəkmiş bildirib.

    Xatırladaq ki, bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
    Report-un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmişlərin ifadə verib.
    Onlar əsirlikdə təqsirləndirilən şəxslər tərəfindən dəfələrlə işgəncələrə məruz qaldıqlarını deyiblər.
    Daha sonra təqsirləndirilən A.Xosrovyan dindirilib.
    Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.



    Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

    Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

    İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

    Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

    Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.
    İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

    Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

    Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

    Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

    Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
    Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

    Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

    Oxunub: 428
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      19-09-2025
      19:15 | Rusiya Yaxın Şərqdən muzdlu yığmağa başlayıb - İranın vasitəsilə
      19:00 | Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
      18:55 | “Türkiyə çökür” iddialarına cavab - Reytinq şok etdi
      18:30 | NÜVƏ HÜCUMU ETMƏK POTENSİALINA MALİK 15 ÖLKƏ - “Nüvə üçlüyü”nün gücü...- ARAŞDIRMA
      18:15 | Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
      18:00 | MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF - “Putin İrana zərbələrə şəxsən razılıq verib”
      17:50 | Monika Belluççi rejissor sevgilisindən AYRILDI - FOTO
      17:30 | Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların SAYI AÇIQLANDI
      17:25 | “MOSKVA BAKI İLƏ KOMPROMİS AXTARIR” - “Oktyabrda yüksək səviyyəli görüş keçirilə bilər”
      17:20 | Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR - ÖZƏL
      15:45 | Kreml Trampı manipulyasiya edir - ISW-nin hesabatı
      15:40 | Firad Əliyevə yüksək vəzifə verildi - DOSYE
      15:35 | Ermənistanın MTX rəisi Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI
      15:01 | Misir prezidenti İSRAİLİ "DÜŞMƏN" ADLANDIRDI:  Ordu döyüş hazırlığına GƏTİRİLDİ
      14:55 | Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib
      14:50 | Elm və Təhsil Nazirliyi 40 MİLYON MANATLIQ kompüter alır
      14:45 | Qəzzadakı müharibə səbəbindən bir milyondan çox insan köçkün düşüb
      14:40 | Bu uşaqlara birdəfəlik müavinət veriləcək - 2600 manat
      14:30 | MƏMURLARIN VƏ DEPUTATLARIN DA MAAŞI AZALACAQ -  Vergi güzəştlərinin ləğvi hansı “sürprizlər” vəd edir?
      14:25 | Belarus və Çexiya arasında casusluq qalmaqalı - Diplomatik qarşıdurma dərinləşir
      14:20 | Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib
      14:15 | Bakıda və bölgələrdə leysan yağacaq -  Hava PROQNOZU
      13:00 | Bakıda Formula 2 Qran-Prisində sərbəst yürüşün qalibi bəlli oldu
      11:44 | Lukaşenkonun övladları - BELARUSUN GƏLƏCƏYİ:  PREZİDENT HANSI OĞLUNU VARİS SEÇƏCƏK?
      11:25 | ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib -  BMT TŞ-nin qətnaməsinə veto qoyub
      11:20 | "ABŞ İsrail siyasətinə gözlənildiyi qədər təsir göstərmir"- Hakan Fidan
      11:15 | Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb
      11:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:45 | Azərbaycana BORCLU OLANLAR, Azərbaycanın BORCLU OLDUĞU ÖLKƏLƏR - Aradakı fərq...
      10:40 | Putindən əməkçi miqrantlarla bağlı təklif: Ləğv edilsin!
      10:35 | UEFA Çempionlar Liqasında GECƏNİN NƏTİCƏLƏRİ
      10:30 | Bu meyvə "gənclik iksiri"dir - Alimlər təsdiqlədi
      10:25 | Pezeşkian şayiələrə son qoydu: "Mən fəxr edirəm ki, türkəm!"
      10:20 | TRAMP-STARMER DANIŞIQLARI BAŞLADI -  Müttəfiqlər Ukrayna ilə bağlı strateji qərar verəcək
      10:15 | Millət vəkili istefa verdi -  Bu federasiyanın bütün rəhbər heyəti getdi
      10:11 | “Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm”-  Daha bir direktorun səs yazısı yayıldı /VİDEO
      10:05 | ABŞ Nümayəndələr Palatası anti-Azərbaycan düzəlişlərini rədd edib
      10:00 | Azərbaycanda qumar şəbəkəsi ifşa olundu -  Kiberpolisdən əməliyyat /VİDEO
      18-09-2025
      20:00 | UKRAYNAYA 200 MİNLİK “işğalçı qoşun” GÖNDƏRİLİR - Müharibə yeni fazaya QƏDƏM QOYUR
      19:30 | Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM
      19:15 | Rusiya “xilasedici kəmər”dən MƏHRUM EDİLİR -  “66 faiz MÜHARİBƏNİN ƏLEYHİNƏDİR”
      19:10 | Kozak istefa verdi -  Rəsmi səbəb açıqlandı, amma...
      19:05 | “Qonşuların maraqlarını nəzərə alsınlar”- Zaxarova Türkiyə-Ermənistan danışıqlarından “narahatdır”
      18:45 | Buraxılış imtahanında yeni növ suallar olacaq -  Detallar açıqlandı
      18:40 | MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi
      18:30 | “ŞÜKÜRLƏR OLSUN Kİ, RUSİYANI ORADAN ÇIXARDILAR"-  “Əliyevə çox minnətdaram...”- Kasparov
      18:25 | Ağdam şəhəri sakinlərini gözləyir -  Köçün tarixi AÇIQLANDI
      18:20 | Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
      18:15 | Yunanıstandan İsrailə tam dəstək: Sanksiyalar rədd edildi
      18:00 | Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək?- RƏSMİ
      17:55 | RUSİYA Ukraynaya daha 1 000 hərbçinin CƏSƏDİNİ TƏHVİL VERDİ
      15:45 | Britaniyada Rusiya kəşfiyyatı üçün işləyən 3 nəfər həbs olunub
      15:05 | “Araratın viza möhürlərindən silinməsi Türkiyənin tələbi deyil”- Paşinyan
      14:55 | Türkiyə MN-dən S-400-lərlə bağlı iddialara cavab
      14:50 | Prezident İlham Əliyev Aİ-nin Genişlənmə üzrə komissarını qəbul edib
      13:15 | “NEFT HASİLATI AZALIR, İQTİSADİ ARTIM TEMPİ DÜŞÜR”- "Vergi Məcəlləsini tez-tez dəyişmək yox, yenisini qəbul etmək lazımdır, yoxsa...”
      13:10 | Azərbaycanlı tələbələrin ən çox getdiyi ölkələr hansılardır?- İlk yerdə TÜRKİYƏDİR
      13:05 | Ukrayna ordusu qaz kəmərini partlatdı -  Rusların bu “marşrutu” bağlandı
      12:31 | İsrailli nazirdən qalmaqallı ETİRAF: Qəzzadakı əmlakı ABŞ-la BÖLƏCƏYİK
      12:20 | "London taksi"ləri hava limanından şəhərə neçəyə gedəcək?- 20 dəfə ucuza getmək də mümkündür /QİYMƏTLƏR
      12:00 | Türkiyə HÜCUMA KEÇSƏ, İsrail BU ADDIMI ATACAQ - Türk və yəhudi politoloqlardan AÇIQLAMA
      11:55 | Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanıldı
      11:10 | Avropa komissarı Azərbaycana gəlib - yüksək səviyyəli görüşlər keçirəcək
      11:00 | Məzahir Pənahovun oğlu məhkəməni UDUZDU -  300 minlik əmlakı keçmiş arvadına qaytaracaq
      10:55 | Rusiyanın terror planı İFŞA EDİLDİ - 15 nəfər saxlanılıb
      10:45 | İMPERİYA XƏYALI BİTDİ - RUSİYA Cənubi Qafqazdan ÇIXARILIR
      10:40 | Ağır dərs, robota çevrilən şagirdlər - Nazirlik qərar verdi
      10:35 | Şaradan İsrail bəyanatı: Masada hələ ki, sülh yoxdur!
      10:30 | UEFA Çempionlar Liqası: favoritlər qələbə qazandılar - NƏTİCƏLƏR
      10:25 | Paşinyan - Qaregin ixtilafı: Nikol kilsəni daxildən dağıdır
      10:15 | ÇİN AVTOMOBİLLƏRİ: HANSI PROBLEMLƏRİ VAR?- Alıcılar nələrə diqqət etməlidirlər? /QİYMƏTLƏR
      10:10 | "Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməlidir"-  Braziliya prezidenti
      10:05 | Yol polisi sürücülərə müraciət etdi - Şəhərə giriş bağlanacaq
      10:00 | Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
      09:55 | "Müharibənin bir ilinin qiyməti 120 milyard dollardır"- ZELENSKİ
      17-09-2025
      20:00 | MƏRHURM GENERALIN ƏMLAKLARI MÜSADİRƏ OLUNDU -  SİYAHI
      19:45 | BU ŞİRKƏT avqustda “Azərenerji”nin 21, sentyabrda isə 24 milyonluq TENDERİNİ UDDU
      19:30 | ADAU vergi borcu olan bu şirkətlə müqavilə bağladı (?!) - FOTOFAKT
      19:25 | Lənkəranskinin qardaşının 700 minə satdığı villa ilə bağlı fırıldağın Təfərrüatı
      19:00 | Rusiya Avropa Konvensiyasından çıxdı - Ölkəyə beynəlxalq nəzarət aradan qalxır
      18:50 | Bakı metrosu “Formula 1”-ə görə 2 saat daha çox İŞLƏYƏCƏK
      18:45 | KREML DİASPORA BAŞÇILARIMIZDAN NƏ İSTƏYİR?- “Pul toplamağıma imkan vermirlər...”
      17:05 | Müdafiə nazirinin sabiq müavininin də ittiham olunduğu iş üzrə HÖKM OXUNUB - MƏHKƏMƏ
      17:00 | Azərbaycanın ən çox investisiya qoyduğu ölkələr -  SİYAHI
      16:45 | 7 illik güzəşt başa çatır - Kimlərin maaşından 14 faiz vergi TUTULACAQ...
      16:40 | Azərbaycanda vergi ödəyicilərinin büdcəyə borcu 3 milyard manatı keçib
      16:30 | ERMƏNİLƏR UKRAYNADA BÖYÜK İTKİLƏR VERİR - Sensasiyalı faktlar və rəqəmlər AÇIQLANDI
      15:55 | "Ukraynadakı sülhməramlılar Rusiya hərbçiləri üçün qanuni hədəf olacaq"- Lavrov
      15:40 | İşğaldan sonra Qarabağa səfər edən ölkə liderləri - SİYAHI
      15:20 | Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edildi
      15:15 | "Formula"ya görə bu universitetlər və məktəblər bağlanır
      15:00 | Rəşid Mahmudovdan SÜNİ İNTELLEKTDƏN tibbi məsləhət alanlara SƏRT REAKSİYA
      13:50 | Ərəb ölkələri hərbi blok YARADIR - İsraildən dünyanı təşvişə salan müharibə ÇAĞIRIŞI
      13:30 | Bakıda orta aylıq əməkhaqqı 1 370 manatı ÖTÜB - RƏSMİ
      13:15 | Bu ilin 8 ayı ərzində 25 minə yaxın piyadaya protokol tərtib edilib
      13:00 | Yaponiya Trampın təklifini rədd etdi - Çin və Hindistana qarşı rüsumları artırmayacaq
      12:15 | İNVESTİSİYA QƏRARLARINA ANALİTİK YANAŞMA - Bir gəncin ABŞ uğuru İbrahim Nəbioğlunun təqdimatında /Eksklüziv
      12:10 | Rayonlarda bu səlahiyyət icra başçılarından ALINIR
      12:05 | "BakuBus"ın aldığı bir elektrik avtobusu və onun şarj aparatı 544 minə başa gəlib
      12:00 | “Tanqo üçün iki nəfər lazımdır...”- “Onlar bir-birlərinə nifrət edirlər.”
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.