Həftə sonu 29 cinayətin üstü açılıb – BŞBPİ
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-dan və martın 2-dək 29 cinayətin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirləri nəticəsində daha 10 faktın açılması təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olan ümumilikdə 6 nəfər saxlanılıb.
İtkin düşmüş kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Oxunub: 406
Xəbəri paylaş
Paylaş: