Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Kazimirovun Qarabağ təklifinə Zülfüqarovun gülməli cavabı
  • Ermənilərin Laçın cəhdi: Putin xəbərdar edib – Tofiq Zülfüqarov
  • Tofiq Zülfüqarov: "Ruslar səlahiyyətlərini aşdı... DSX Laçın dəhlizinə girməlidir"
  • Sabiq XİN rəhbəri atəşkəsi şərh etdi - “Yaxın günlərdə hərbi əməliyyatların bərpası qaçınılmazdır”
  • “Xarici siyasətimizin siması dəyişməlidir!” – “Sən həkimsən, yoxsa virusoloqsan?...”
  • "RUSİYA VƏZİYYƏTDƏN İSTİFADƏ EDƏ BİLƏR..."- "Ermənilərin Qarabağdan çıxmasının qarşısı süni şəkildə alınır"

    • Tarix: 24-06-2021, 13:03



    Tofiq Zülfüqarov: “Biz hansısa toqquşmanı səbəb kimi götürüb, bu və ya digər bölgədə təhlükəsizliyi təmin etmək üçün özümüzün nəzarət zonamızı genişləndirə bilərik”

    Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

    - Ermənilər indi də bir-birinə qarşı mübarizə aparırlar. Xankəndindəki prosesləri tətikləyən hansı qüvvələrdir?

    - Mənə elə gəlir ki, burada maraqlı olan tərəflər çoxdur. Məsələ nədən ibarətdir? Vaxtilə ermənilərin birləşmək istəyi ki, var idi - “miatsum” məsələsi - faktiki olaraq bu, mümkün deyil, yəni Azərbaycan Ordusu imkan vermədi, həmçinin onların arasında ideologiya fərqi var idi, psixoloji baxımdan hamısı ortaya çıxdı. İkincisi də bu hadisələr həm Ermənistanın özündə, həm də ermənilər yaşayan bölgələrimizdə özünü göstərir. Görsənir ki, ümumiyyətlə, Qarabağ erməniləri özlərini həm dünyaya “müstəqil” tərəf kimi təqdim etsinlər, həm də müstəqil şəkildə öz siyasi məqsədlərinə çatsınlar. Hiss olunur ki, burada Köçəryanın və digər qarabağlı oyunçuların məqsədləri var. Yəni əsas məqsəd budur ki, məhz Qarabağda məskən salsınlar, siyasi və iqtisadi və sair mənada. Hiss edirlər ki, Ermənistanda onlara yer yoxdur. O ki qaldı oyunçulara, oyunçular çoxdur. Rusiyadakı ermənipərəst dairələr istəyirlər bu yolla məsələni uzatsınlar və orada bir siyasi oyunçu kimi ortaya çıxsınlar. Qərbdəki ermənipərəst dairələr də bəlkə maraqdadır. Çünki ikinci mərhələ buna gətirib çıxaracaq ki, “ay-haray, bunlar status istəyirlər” və sair. Yəni belə bir oyun ssenarisini qurub, vəziyyətdən çıxış yolunu bu şəkildə axtarırlar.

    - Ümumiləşdirsək, Xankəndini, Rusiya qüvvələrinin təsir dairəsində olan digər şəhərlərimizi təcrübə poliqonuna çevirmək istəyirlər. Deməli, bu vəziyyətdən narahat olmaq üçün əsaslar var, elə deyilmi?

    - Biz gərək sadəlövh olmayaq ki, təkcə ruslar burada maraqlıdır. Ermənilərin təsiri altında olan Qərb dairələri də maraqlıdırlar ki, bəlkə də bu yolla mövzuya yenidən qayıda bilərlər. Yəni bunların statusu həll olunmayıb, yaxud onları öldürmək, güc tətbiq etmək olmaz və sair. Yəni kənarda belə bir oyunçular var. Onlar da bura qayıtmaq istəyirlər. Mən burada təkcə Rusiyanın bəzi dairələrinin yox, digərlərinin də maraqlarını görürəm.

    - Deməli, bu baş verənlər Ermənistandakı seçkilərdən sonra müvəqqəti kütləvi emosiyanın məntiqi nəticəsi deyil, arxasında məkrli planlar dayanır, razılaşırsınız?

    - Artıq Qarabağ erməniləri başa düşüb ki, Ermənistan və Ermənistan erməniləri daha bunlara dəstək verən, onların yerinə vuruşan deyillər. Bu baxımdan onlar Ermənistandan ümidlərini kəsiblər. Amma deyirlər ki, yox e, biz oyunu davam edəcəyik, Köçəryan və digərlərinin dəstəsi... Təbii ki, Köçəryan bu oyunu təkbaşına oynamaq iqtidarında deyil, onun havadarları var.

    - Yəni bu əllər Rusiyaya uzanır...

    - Bəli. Rusiyaya və Qərbdəki havadarlarına. Düşünürlər ki, bəlkə bu yolla oyuna qayıda bilərlər.

    - Konkretləşdirsək, Rusiyadakı Lavrov qanadından, yaxud başqa bir hissədən söhbət gedə bilər, yoxsa bütövlükdə Kremldən?

    - Doğrusu, hələ ki bəlli deyil. Çünki hiss olunur ki, burada hansısa proseslərin əvvəlidir. Türkiyə və Azərbaycanın hər hansı bir hərəkəti xoşuna gəlməsə, Rusiya da vəziyyətdən istifadə edə bilər. Əslinə qalsa, köhnə idarəetmə üsulu ki var idi - söhbət münaqişədən gedir - onun balaca formasını formalaşdırırlar.

    - Özü də bütün bunlar Ermənistandakı seçkilərdən sonra baş verdi, “Soros uşağı”nın komandasının parlamentdə böyük üstünlük qazanmasının ardınca Xankəndi erməniləri ayağa qalxdı. Belə çıxır ki, Qarabağ klanını, Köçəryan-Sərkisyan cinahını müdafiə edən qüvvələr burada növbəti planları işə salıblar...

    - Bəli. Aydındır ki, Ermənistan artıq Qərbə gedir, biz sizinlə bu haqda danışanda tənqidlərə məruz qalırdıq. Amma indi görünür ki, artıq bu plan reallaşır. Rusiyanın dayaqlarının əsas kütləsi Qarabağ ermənilərindən ibarətdir. Burada münaqişə zonası yaradırlar ki, bununla manipulyasiya edib, regionda bu və ya digər şəkildə öz maraqlarını təmin etsinlər.

    - Bu halda Azərbaycan hansı addımları atmalıdır, sadəcə, müşahidə etməlidir, yoxsa qeyri-qanuni davranışlara sərt reaksiya verilməlidir, yaxud Rusiya ilə müzakirələr aparıb vəziyyəti nəzarətə götürmək istiqamətində addımlar atmalıdır?

    - Burada onların bir-biri ilə toqquşmasından istifadə etmək olar. Yadınızdadırsa, Araik-Muradov öpüşməsinin tənqidçiləri var idi. Biz bu proseslərdə bu və ya digər şəkildə iştirak etməli, proseslərdən hansısa formada öz xeyrimizə istifadə etməliyik. İkincisi, hesab edirəm ki, biz o bölgədə ermənilər üçün sülhməramlılardan fərqli bir dəhliz yaratmalıyıq. Belə məlumatlar çoxalır ki, ermənilərin süni şəkildə çıxmasının qarşısı alınır. Yəni hərbi xidmət yaşında olan ermənilərin kənara çıxışı qadağan olunub, onları xaricə buraxmırlar. Bu məsələni nəzərə alaraq, onlar üçün qeyri-rəsmi şəkildə hansısa təhlükəsizlik dəhlizini təşkil etmək olar. Dəhliz yaradaq, imkan verək, getmək istəyənlər çıxıb getsinlər. Burada insan hüquqlarından istifadə edilsin və sərbəst şəkildə o bölgədən çıxıb getsinlər. Digər addımlar da atıla bilər. Məsələn, biz hansısa toqquşmanı səbəb kimi götürüb, bu və ya digər bölgədə təhlükəsizliyi təmin etmək üçün özümüzün nəzarət zonamızı genişləndirə bilərik. Burada dinamik şəkildə bizim imkanlarımız çoxdur.

    - Xankəndindəki etirazlar həm də Nikol Paşinyana qarşı yönəlib. Necə bilirsiniz, Qarabağ canilərinin zərərsizləşdiriməsi baxımından Paşinyanla əməkdaşlığımız mümkündürmü?

    - Əslinə qalsa, Paşinyan bizə köməkçi deyil. Çünki o özü də istəyir ki, bu məsələdən uzaqda qalsın. Deyəcək ki, bunlar nə edirlər-etsinlər, bizlik deyil, gedin, onlarla danışıqlar aparın, biz kənardayıq. Yəni onlar çoxdan belə bir mövqe sərgiləmək istəyirdilər. Amma dünyada belə bir təbliğat aparacaqlar ki, görmürsünüz, bunlar müstəqil siyasi mövqeyə malik olanlardır, onlarla danışmaq lazımdır, gəlin, vasitəçi olun, bunlarla görüşün. Bu, yenilik deyil, köhnə oyunlardan bəllidir.

    - Həmsədrlərin yenidən bölgəyə gəlişi ərəfəsində Qarabağdakı aktivləşmə də suallar doğurur və təsadüfə bənzəmir...

    - Əlbəttə. Mən yuxarıda qeyd etdim və bu oyunu istismar edənlərin siyahısı heç də Rusiya ilə qurtarmır.

    - O halda həmsədrlərin Xankəndinə getməsi, orada cinayətkar qruplaşmanın rəhbərləri ilə görüşməsi qanunlarımıza zidd olmaqla yanaşı, həm də bizə təhlükəli perspektivlər vəd etmirmi?

    - İndiki mərhələdə yox... Çünki onlar gərək bir-biri ilə dalaşıb, hansısa tayfa rəhbərini seçsinlər. Ondan sonra bəyanatlar verməyə başlayacaqlar. Hələliksə bir-biri ilə mübarizə aparacaqlar ki, bu tayfaya kim nəzarət edəcək. Bizim kontur-fəaliyyətimiz ondan ibarət ola bilər ki, çoxdan deyilən məsələ var, onların mülkiyyətini şirkətlər vasitəsilə satın almaq, bu miqrasiyanı sürətləndirmək lazımdır. Çünki indiki mərhələdə orada yaşayan ermənilərin qarşısında duran suallar budur: yaxşı, biz nə edək, təzə davaya girək, yoxsa aradan çıxaq? Burada aradan çıxmaq məsələsi çox aktual olacaq. Bir-iki şirkət onların məsələsini həll edə bilər. Yəni çox istiqamətli, fəal siyasət aparmalıyıq ki, onları mübarizədən çəkindirək. Düşünəcəklər ki, yaxşı, mənim nəyimə lazımdır yenidən davaya girim? Xəstələr də var, 35 minin içərisində olsun 5-10 min başıxarab. Amma qalanı normal adamlardır, deyəcəklər mənim pulumu verin, çıxım gedim.

    - Belə həssas dönəmdə Köçəryan və digərlərinin Qarabağa girişini yasaq etmək lazım deyilmi?
    - Bəli. İlk mərhələdə biz məsələ qaldırmalıyıq ki, Ermənistan vətəndaşları Qarabağa gəlməsinlər. Köçəryan və digərləri də Ermənistan vətəndaşıdır. Bu baxımdan təbii ki, onun ora girməsi, siyasi xətti stabilliyə aparmayan yoxdur və qarşısını almalıyıq. Odur ki, bu məsələni dediyiniz kimi, sülhməramlıların qarşısında mütləq və mütləq qoymalıyıq.

    - Bəs barəsində İnterpol xətti ilə axtarış verilmiş Araik Arutyunyanın taleyi necə olmalıdır?

    - Hələlik imkan verməliyik ki, o vuruşsun digərləri ilə.

    - Tofiq bəy, Arutyunyan Rusiyanın açıqlamasını təkzib edərək, Qarabağda 57 min yox, 35 min erməninin yaşadığını söyləyib. Amma bu da az say deyil. “Havadan asılı qalan” Qarabağ ermənilərinə Rusiya pasportlarının verilməsi istiqamətində təxribatçı cəhd ola bilərmi?

    - Razılaşma bəndləri böhrana düşsə, nəsə edə bilər. Gərək elə şərait yaratmayaq ki, Türkiyə və Rusiya arasında vəziyyət gərginləşsin. Belə mövzularda gərək biz öz maraqlarımızı güdməklə yanaşı, kəskin qarşıdurmaya getməyək. Yəni həmişəki münasibətləri davam etdirmək, həmin taktikanı istifadə etmək lazımdır. İndi bəzilərinin əsas məqsədi ondan ibarətdir ki, Türkiyə Rusiyanı küsdürsün. Onların taktikası buna yönəlib. Odur ki, həmin qüvvələrə “pas” vermək olmaz. Təmkinlə öz məqsədimizə nail olmalıyıq. Burada bir problem də var. 35 min rəqəmi çox balaca rəqəmdir. Hadisələrdən istifadə edib o rəqəmi bir az da kiçiltmək olar. Kiçildib də münaqişə üçün əsasları lap azaltmaq lazımdır. Təbii ki, 50-10 minlə orada real mübarizə apara bilməzlər.
    O məsələyə sonra baxarıq. Kim qalmaq istəyərsə, Azərbaycan pasportu verərik.

    Oxunub: 481
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.