Koronavirusun Delta növü Cənubi Koreyada yayılmağa başladı
İlk dəfə Hindistanda aşkarlanan yeni bir növ koronavirus infeksiyasının Delta növü Cənubi Koreya Respublikasında yayılmağa başlayıb.
Bu barədə KBS telekanalı məlumat yayıb. Bildirilib ki, keçən həftə Cənubi Koreyada bu koronavirus ştamına yoluxma halları 190-ı ötüb. Ümumdünya Səhiyyə Təşkilatı Delta variantının digər koronavirusdan iki dəfə çox yoluxucu olduğunu bildirib. Bu baxımdan Cənubi Koreya səlahiyyətliləri ölkəyə iyul ayında 10 milyon, avqust və sentyabr aylarında isə 70 milyon dozaya yaxın peyvəndin daxil olmasını təşkil edərək, peyvəndləmə prosesini sürətləndirmək üçün hərəkətə keçiblər.
Oxunub: 349
Xəbəri paylaş
Paylaş: