“UNO-lar milli təhlükəsizliyə təhdiddir”-
ABŞ kəşfiyyatı
Naməlum uçan obyektlər (NUO) Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün problem yarada bilərlər.
Bu barədə Milli Kəşfiyyatın iyunun 25-də dərc olunmuş hesabatında söhbət açılır.
Hesabatda deyilir ki, llk növbədə, belə bir risk mövcuddur - UNO hava məkanını dolduracaq və pilotlara uçmağa mane olacaq.
«Naməlum hava təzahürləri həm də milli təhlükəsizliyə bir çağırış ola bilər - əgər onlar xarici düşmənlərin informasiya toplamaq üçün platforması olarsa və ya əgər belə bir dəlil varsa ki, potensial rəqib inqilabi texnologiyalar işləyib hazırlayıb» - sənəddə qeyd olunur.
Amerika Birləşmiş Ştatları (ABŞ) Milli Kəşfiyyatı xəbər verir ki, UNO-ların ehtimal olunan 144 təzahürünü mütəxəssislər izah edə bilməyiblər. Qeyd olunur ki, bu təzahürlərin təbiəti və ya məqsədi barədə birmənalı nəticə yoxdur və onların öyrənilməsi üçün çox vaxt və vəsait tələb olunur.
Bu zaman mütəxəssislər qeyd edirlər ki, əksər hallarda obyektlər əvvəlcədən planlaşdırılmış hazırlığı və ya ABŞ-ın digər hərbi fəaliyyətini pozublar. İyunun 3-də «The New York Times» qəzeti hakmiyyətin hesabatına istinadla yazıb ki, ABŞ kəşfiyyatı son illər dəniz aviasiyası pilotları tərəfindən müşahidə olunan hava obyektlərinin yadplanetli olması barədə sübut tapmayıb.
Ehtimal olunur ki, onlar Rusiya və Çinə məxsus ola bilər.
Mayın sonunda Ağ Evin mətbuat katibi Con Psaki danışıb ki, ABŞ hakimiyyəti ölkənin hava məkanına naməlum uçan obyektlərin soxulmasından çox çiddi narahatlıq keçirir və hər bir belə hadisəni araşdırır.