Türkiyə ordusu daha 3 terrorçunu məhv etdi - Milli Müdafiə Nazirliyi

Türkiyə Hava Qüvvələri İraqın şimalında yerləşən Qara bölgəsindəki üç PKK terrorçusunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyə İraqın şimalındakı terrorçuların mövqelərinə qarşı təsirli zərbələr endirməyə davam edir. Uğurlu bir hava əməliyyatı nəticəsində Türkiyə Hava Qüvvələri Qara bölgəsində üç PKK terrorçusunu zərərsizləşdirib",- qeyd olunur.
Oxunub: 395
Xəbəri paylaş
Paylaş: