Qazax sakini ölənə qədər spirtli içki içib
Qazax rayon sakini qəfildən dünyasını dəyişib.
APA xəbər verir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
50 yaşlı Qurbanov Təmraz Comərd oğlunun yaşadığı evdə halı pisləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılıb. Çağırışa gələn həkimlər 50 yaşlı kişinin artıq dünyasını dəyişdiyini müəyyən ediblər.
Yaxınlarının sözlərinə görə, spirtli içkinin təsirindən T.Qurbanovun halı pisləşib.
Oxunub: 345
Xəbəri paylaş
Paylaş: