Bakıda narkotik qaçaqmalçılığına görə axtarışda olan Rusiya vətəndaşı tutuldu
Bakıda Rusiya Federasiyasında narkotik maddələrin külli miqdarda saxlanmasına və qaçaqmalçılığına görə, son üç il federal axtarışda olan Rusiya vətəndaşı tutulub.
Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Xəzər rayonu 1-ci Polis Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sankt-Peterburq şəhər sakini 57 yaşlı Kələntərov Emil Ağa-Xəlil oğlunu tutublar.
Hazırda Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları E.Kələntərovun Rusiyaya verilməsi məsələsini həll edirlər.
Qeyd edək ki, həmin şəxsin atası Bakı Ali Hərbi Dənizçilik Məktəbinin məzunu olub və bir vaxtlar onun elmi-araşdırma və redaksiya şöbəsinə rəhbərlik edib.
Globall.az
Oxunub: 456
Xəbəri paylaş
Paylaş: