Putindən tapşırıq:
Miqrantlar peyvənd olunacaq
Rusiya Prezidenti Vladimir Putin ölkədəki əmək miqrantlarının koronavirusa qarşı vaksinasiyasının təşkil olunması barədə tapşırıq verib.
Rusiya Prezidenti hökumətə iyulun 15-nə kimi ölkəyə işləməyə gələn xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan əcnəbilərin vaksinasiyasının təşkil olunmasını tapşırıb.
Bundan başqa, Putin ölkədəki əcnəbilər üçün koronavirus əleyhinə ödənişli vaksinasiya imkanlarının təmin edilməsinə dair hesabat da gözlədiyini bildirib.
Oxunub: 343
Xəbəri paylaş
Paylaş: