Putin və Si Szinpin videokonfrans formatında danışacaq - Kreml
"TASS" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, danışıqlar videokonfrans formatında keçiriləcək: "28 iyun 2021-ci il tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında Çin Xalq Respublikasının sədri Si Szinpin ilə mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Rusiya-Çin Sazişinin imzalanmasının 20-ci ildönümü ilə əlaqədar danışıqlar aparacaq".
Bildirilir ki, dövlət başçıları Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini qiymətləndirəcəklər. Həmçinin ikitərəfli və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə etmək də planlaşdırılır.
Oxunub: 433
Xəbəri paylaş
Paylaş: