“Koronavirus laboratoriyadan yayıla bilər”-
Uhanda işləmiş virusoloq
2019-cu ilin noyabrına qədər Çinin Uhan şəhərindəki Virusologiya İnstitutunun laboratoriyasında çalışan virusoloq Daniel Anderson hesab edir ki, koronavirus təbii mənbədən yaransa da, bu virusun Uhandakı laboratoriyadan yayılmasını istisna etmir.
Bu barədə “Bloomberg” nəşri yazıb. Anderson bildirib ki, koronavirusun laboratoriyadan yayılması fikrindən vaz keçmək lazım deyil.
“2002-2004-cü illərdə də koronavirusun SARS-CoV-2 sindromu dünyanın bəzi bölgələrində tüğyan etmişdi və sonra həmin əraziləri tərk etmişdi. Amma bu virusun mənbəyi aşkar edilməşmiş qalmışdı.
İndi isə dünyanı cənginə alan COVİD-19-un Uhandakı laboratoriyadan yayılmasını aşkarlamaq çətindir. Çünki elmi cəmiyyətin standartları tələb edilən tədqiqatı aparmağa məhdudiyyət qoyur”,-deyə virusoloq vurğulayıb.
Qeyd edək ki, Daniel Anderson Uhan Virusologiya İnstitutunun BSL-4 laboratoriyasında tədqiqat aparan yeganə xarici alim olub. 2016-cı ildən 2019-cu ilə qədər orada işləyən Anderson hal-hazırda Avstraliyanın Melburn şəhərindəki Peter Dougherty İnstitutunda çalışır.