Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Açıq havada toy keçirilə bilər? - Rəsmi açıqlama
  • Bu il Həcc ziyarəti baş tutmaya bilər
  • Azərbaycanda onkoloji xəstələrin sayı artıb - STATİSTİKA
  • TOYLARDA YALNIZ BU ŞƏXSLƏR İŞTİRAK EDƏ BİLƏCƏK - Qadağalar da açıqlandı
  • Olimpiadanın 2021-ci ilə keçirilməsi ilə bağlı... GİN və MOK birgə bəyanat yaydı
  • "İNDİKİ TOY MODELİ SOSİAL BƏLADIR VƏ..."- İctimai Nəzarət Mərkəzindən hökumətə müraciət

    • Tarix: 28-06-2021, 14:08

    "Bu toylar həm də ölkədə maddiyatçılığın, meşşanlığın artmasına, mənəvi dəyərlərin sıxışdırılmasına səbəb olur..."




    "Ölkəmizdə keçirilmiş toy məclislərində yer almış və mahiyyət etibarilə insanların nifrətini qazanmış adət ənənələrə "dur" deməyin zamanı çatmışdır"


    İctimai Nəzarət Mərkəzi mütərəqqi toy modellərinin yaradılması zərurəti ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanda keçirilən toy ənənələrinin bərpa olunacağından narahatlıq ifadə olunub:
    "Artıq il yarımdır ki, koronavirus təhlükəsi səbəbindən, ölkəmizdə toy mərasimlərinin keçirilməsi dayandırılmışdı. Əhali, xüsusi ilə gənclərimiz böyük intizarla ölkəmizdə toyların yenidən keçirilməsi üçün şəraitin yaranmasını, qadağanın ortadan götürülməsini gözləyirdi. Hökumətin yenicə qəbul edilmiş qərarı ilə cari ilin iyul ayının 1-dən toy mərasimlərini keçirmək mümkün olacaq.
    Biz, İctimai Nəzarət Mərkəzinin İdarə Heyəti toy qadağasının aradan qaldırılmasını alqışlayırıq. Lakin böyük narahatlıqla qorxunc sosial bəlaya çevrilmiş, xalqımızın nüfuzuna ləkə olan və Koronavirus Pandemiyasına qədər Azərbaycanda keçirilən toy ənənələrinin bərpa olunacağı təhlükəsindən çox narahatıq.

    Dinimizin qadağan etdiyi, ağıllı insanların etirazla qarşıladığı böyük israfçılıqla keçirilən belə toy mərasimləri hər gün ölkəmizin ərzaq ehtiyatına ciddi zərbə vurur. Minlərlə ton yeyinti məhsulları yararsız hala salınır. Sanitar – gigiyenik qaydaların tez-tez pozulduğu mətbəxlərdə hazırlanan, əksər hallarda stolların üstündən yığılaraq sonrakı toy mərasimləri üçün saxlanılan növbə-növ yeməklər (bəzən 50-dən çox müxtəlif yeməklər, salatlar və s) növbəti toy mərasimi keçirənlərə əslində zorla satılır. 

    Toydan sonra toy sahibinə stolların üstə qalan məhsullara – qidalara, şirniyyata, içkilərə, çiçəklərə əl vurmaq, onları götürmək qadağan edilir. 
    Bu sadəcə cinayətdir və biz bu cinayətə son qoyulmasını təkid və tələb edirik! İcazə verilmiş qaydalar çərçivəsində keçiriləcək toylarda şadlıq evlərinin sahibləri tərəfindən bu cinayət əməlləri davam edərsə, ölkənin hüquq-mühafizə orqanları dərhal bu adamlar barəsində cinayət işi başlamalıdırlar. Çünki bu əməl yüzlərlə şahidin gözləri önündə baş verən açıq oğurluq, açıq soyğunçuluqdur.



    Hər kəsə məlumdur ki, əhalinin böyük əksəriyyətinin doğru yollarla qazandığı əməkhaqqı günü-gündən bahalaşan belə toylarda iştirak etməyə imkan vermir. Onlar toylarda iştirak etmk üçün lazım olan pulu əldə etmək məqsədilə qeyri-qanuni, bəzənsə, hətta kriminal yollara əl atmağa məcbur olurlar.

    Böyük hay-küylə keçən belə toylar qonaqların və eyni zamanda bəylə gəlinin əsəblərində ciddi gərginlik yaradır. Yaşlı və müəyyən xəstəlikləri olan kişilər əksər hallarda, mərasim zallarından çıxıb, girişdə bir kənarda oturmaqla canlarını qurtarır. Yaşlı və müəyyən xəstəlikləri olan xanımlarsa toy zalında saatlarla psixoloji sarsıntıya məruz qalır.
    Bu sırada məqsədyönlü şəkildə musiqinin səsinin qulaqları batıran səviyyədə yüksək edilməsi insanları bu məclisi daha tez tərk etməyə məcbur edir ki, bu da şadlıq sarayı sahiblərinə masaların üzərindən daha çox məhsul yığışdırmağa, əslində oğurlamağa şərait yaradır. 

    Şadlıq sarayı sahiblərini gənclərin, onların valideynlərinin, doğmalarının ovqatı yox, özlərinin gəlirləri daha çox maraqlandırır. Xörək paylayanlar, fotoqraflar, video çəkənlər təhrik edilir ki, müxtəlif xoşagəlməz yollarla insanlardan daha çox “pul qoparsınlar”. Toydan sonra toy sahibinin dostlarından, qohumlarından toplanan böyük məbləğdə pul şadlıq sarayının sahiblərinə və musiqiçilərə ödənir. Bəzən isə bu toplanmış pul bəs etmir. Ona görə də bəy və gəlinin “lazımi məbləğ çatdırılana qədər girov götürüldüyü” kimi hadisələr baş verir".



    Bəyanatda, həmçinin qeyd olunub ki, indiki toy modeli musiqimizə böyük zərbə vurub: "Bu toyların hesabınadır ki, artıq 60-70 - ci illərdə yaranan, milli musiqimizdən bəhrələnən, müasir dünya musiqisinin tələblərinə uyğun olan mahnılarımız yaranmır. Çiddi ifaçılar, bəstəkarlar yetişmir.

    Belə toyların hesabına TV – lərdə bayağı musiqilər get-gedə daha çox yer alır. Belə toylarda ecazkar azərbaycan musiqisi əvəzinə zövqsüz, böyük səs-küy effekti ilə öz nöqsanlarını ört-basdır edən, janrı məlum olmayan musiqilər meydan sulayır. Belə toylarda gənclərin estetik, musiqi zövqü xeyli korlanır, uşaqların və yaşlı insanların əsəbləri pozulur.
    Xalqımızın mənəvi- psixoloji rahatlıq gətirən, romantik, zəngin folklorumuz əsasında keçirilən toy adət-ənənələri sıxışdırılıb ortadan çıxarılır. Belə toylarda iştirak edən elə müğənnilər var ki, onların bir neçə saatda əldə etdikləri pul, professorun 2 illik əməkhaqqına, kəndilinin 7-10 illik qazançına bərabərdir.

    Bu toylar həm də ölkədə maddiyatçılığın, meşşanlığın artmasına, mənəvi dəyərlərin sıxışdırılmasına səbəb olur. Bir sözlə, belə toylar cəmiyyət üçün ciddi bir sosial bəladır. Onların bir daha təkrar edilməsinə yol vermək daha xoşagəlməz nəticələrə aparıb çıxara bilər. Belə toyların ortadan götürülməsi vətəndaşlarımıza onların sosial müdafiəsinin yaxşılaşdırılması baxımından da böyük dəstək olar.

    Ölkənin 70-dən çox nüfuzlu Qeyri Hökumət Təşkilatının təsis etdiyi İctimai Nəzarət Mərkəzinin İdarə Hetəti olaraq belə hesab edirik ki, cari ilin iyul ayının 1-dən icazə verilmiş toylarda iştirakçıların sayından asılı olmayaraq, Koronavirus pandemiyası başlayana qədər ölkəmizdə keçirilmiş toy məclislərində yer almış və mahiyyət etibarilə insanların nifrətini qazanmış adət ənənələrə dur deməyin zamanı çatmışdır.
    Biz yaxşı başa düşürük ki, bazar iqtisadiyyatı şəraitində belə məsələlər tərəflər arasında qarşılıqlı razılaşma əsasında həll edilməlidir. Lakin ölkədə formalaşmış mövcud toy modeli və şadlıq evləri sahiblərinin yaratdığı “dəyişməz qaydalar” öz bayağılığı ilə bütün məntiqi normaları dəfələrlə aşdığından, indiki durumda problemin həllini yalnız müəyyən qaydalar çərçivəsində mümkün hesab edirik.

    Bu məqsədlə cari ilin iyul ayının 1-dən toyların müəyyən şərtlər çərçivəsində keçirilməsini etiva edən hökumət qərarına aşağıdakı mühüm əlavələrin olunmasını təkidlə tələb edirik:

    - Toyların keçiriləcəyi şadlıq evləri sahiblərinə toy edən insanlara toyda hansı yeməklərdən və nə qədər istifadə etmək kimi qanuna, məntiqə və insanlığa sığmayan tələbin qoyulması qadağan edilsin. Toy məclislərinin keçirilməsi üçün vahid, məhdudiyyətli məbləğdə menyu normativləri hazırlansın və onun tətbiqi bütün şadlıq evləri və toy edən vətəndaşlar üçün məcburi olsun. Biz yaxşı başa düşürük ki, bazar iqtisadiyyatı şəraitində belə məhdudiyyətlərin qoyulması normal hal sayılmaya bilər. Şadlıq evlərinin sahibləri bu qadağanı pozarlarsa onlar barəsində dərhal cinayət işi başlansın;

    - Toy məclisi bitdikdən sonra toy edən vətəndaşlara onlar tərəfindən dəyəri ödənilmiş bütün ərzaq və qeyri-ərzaq məhsullarını özləri ilə götürməyə, öz istədikləri şəkildə istifadə etməyə orta əsirlər dövrünün təfəkkürü ilə qoyulan qanunsuz və cinayət mahiyətli qadağa ortadan qaldırılsın, bu qadağanı qəbul etməyən şadlıq evləri sahiblərinin hərəkətləri quldurluq əməli kimi qiymətləndirilsin və onlar Cinayət Məcəlləsinin uyğun maddələri ilə cəzalandırlsın;

    - Toylarda musiqiçilərin indiki qiymət siyasətinə son verilsin və bunun üçün məntiqə uyğun meyarlar tətbiq edilsin, toy mərasiminin keçirildiyi zallarda musiqi səsinin insan səhhətinə, estetik zövqünə ziyan vurmayan həddi müəyyən olunsun;

    - Toy məclislərinin soyğunçuluq yox, həqiqi mənada şadlıq məclisi, bir mədəniyyət hadisəsi olması üçün hər cür tədbirlər görülsün.



    İctimai Nəzarət Mərkəzi olaraq hesab edirik ki, indiki şəraitdə toylar müasir tələblərə uyğun olaraq, daha çox açıq havada, xalqımızın əsrlər boyu formalaşan adət-ənənələrinə, əsasən musiqi məclislərinin, folklor nümunələrinin nümayiş etdirildiyi və bununla da mədəniyyətimizin inkişafına kömək göstərən bir tədbirə çevrilməlidi. 

    Böyük israfçılığa və möhtəkirliyə, əhali arasında psixoloji, mənəvi, iqtisadi çətinliklərə səbəb olan movcud toy mərasimlərinin keçirilməsini qətiyyətlə pisləyir, yeni, daha mütərəqqi, insanların ürəyincə olan yeni toy modelinin hazırlanıb həyata keçirilməsini vacib hesab edirik.

    Ölkə başçısı cənab İlham Əliyevin ictimai nəzarəti, ictimai qınağı gücləndirmək çağrışlarına böyük dəstək verərək, uyğun dövlət qurumlarını, televizyaları, müxtəlif informasiya vasitələrını, jurnalistləri, QHT – ləri, ictimai təşkilatları, əhalinin hər bir nümayəndəsini belə utancverici toylara qarşı mübarizəyə çağırırıq."

    İctimai Nəzarət Mərkəzinin İdarə Heyəti

    Oxunub: 304
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.