ABŞ Rusiyada konsulluq xidmətini dayandırdı - Səfir səbəbini açıqladı
Birləşmiş Ştatların Moskvadakı səfirliyi avqustun 1-dən personal çatışmazlığı səbəbindən konsulluq xidmətləri göstərə bilməyəcək. Bu haqda “Dojd” televiziyasına Rusiyadakı səfir Con Sallivan məlumat verib.
Onun sözlərinə görə, əməkdaşların azlığı konsulluq xidmətlərinə vizaların verilməsi ilə bağlı hətta bir neçə ərizənin üzərində işləməyə belə imkan verməyəcək.
“Bu təkcə ABŞ-Rusiya münasibətləri baxımından əngəl deyil. Bunun ailələrə şəxsi xarakterli, həm Amerika, həm də Rusiya müəssisələrinə kommersiya baxımından ciddi fəsadları olacaq”, – Sallivan vurğulayıb.
Rusiyanın səfiri Anatoli Antonov ABŞ-a iyunun 20-də, ABŞ səfiri isə Sallivan isə Moskvaya iyunun 24-də qayıdıb.
İyunun 16-da Rusiya Prezidenti Vladimir Putin ABŞ-dan həmkarı Co Baydenlə Cenevrə görüşü zamanı səfirlərin dönüşü haqda razılığa gəliblər. Elçilər bir neçə aydı öz ölkələrində idilər.
Martda Bayden Putinin “qatil” olmasına inandığını deyəndən sonra Antonov Moskvaya çağırılıb. Bundan bir ay sonra Sallivan yeni administrasiya üzvləri ilə məsləhətləşmələr üçün ABŞ-a gedib.
ABŞ səfirliyi aprelin sonunda elan elədi ki, mayın 12-dən qeyri-immiqrasiya vizalarının verilməsi də dayandırılır. Moskva bundan öncə ABŞ-ın Rusiyadakı təmsilçiliyinə əcnəbi vətəndaşların istənilən formada işə götürülməsini yasaqlamaq niyyətini açıqlamışdı.
Xatırladaq ki, mayın 14-də ABŞ səfirliyi Rusiya hakimiyyətinin əcnəbi vətəndaşların işə götürülməsini qadağan etmək planı haqda açıqlama yaymışdı.
Oxunub: 152
Xəbəri paylaş
Paylaş: