Avropa Yenidənqurma və İnkişaf Bankında yeni təyinat: Azərbaycanlı xanıma yüksək vəzifə verildi -FOTO

Azərbaycanlı xanım Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə yeni regional meneceri təyin edilib. 2001-ci ildə EBRD-nin Bakıdakı nümayəndəliyində işə başlayan A.Rüstəmova 2017-ci ildə adıçəkilən bankın Türkmənistan üzrə ölkə meneceri olub.
Bankın rəsmi səhifəsində xəbər verilir ki, Azərbaycan vətəndaşı olan A. Rüstəmova Azərbaycan Dillər Universitetində xarici dillər üzrə magistr dərəcəsi, Beynəlxalq Biznes ixtisası üzrə Xəzər Universitetində (Azərbaycan) və “Georgia State University”də MBA (master of business administration – iqtisadiyyat və menecment sahəsində magistr dərəcəsi) təhsili alıb.
O, Tacikistanın AYİB rəhbəri vəzifəsinə başlamazdan əvvəl Bankın Bakı ofisində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, A.Rüstəmova vəzifəsini icra edib EBRD-nin Londonda yerləşən mərkəzi ofisinə qayıdan Neyl Makkeyni (Neil McKain) əvəz edib.

Oxunub: 578
Xəbəri paylaş
Paylaş: