Keçmiş prezident Ceykob Zuma korrupsiyaya görə 15 ay həbs cəzası aldı

Cənubi Afrika respublikasının keçmiş prezidenti Ceykob Zuma korrupsiya sxemlərində təqsirli bilinərək 15 ay həbs cəzası alıb. Bu haqda “Reuters” xəbər verir. Ceykob Zuma korrupsiya sxemlərində iştirak etməkdə ittiham olunduğu üçün 2018-ci ildə istefa vermişdi.

Bu ilin mayında keçmiş prezident korrupsiya, təhdid yolu ilə pul almaq və silah alışı üzrə dövlət müqavilələrində dələduzluq etmək ittihamlarını rədd etmişdi. Ona qarşı irəli sürülən ittihamda rüşvətxorluq, korrupsiya və hədə-qorxu ilə pul almaq barədə 800-dən çox hal yer alır.
Oxunub: 256
Xəbəri paylaş
Paylaş: