Rusiyada pandemiya dövründə maksimum ölüm sayı qeydə alınıb:
bir gündə 652 nəfər
Rusiyada son sutka ərzində 20 616 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, COVID-19-a yoluxanların sayı 5 493 557 nəfərə çatıb. Son sutka ərzində 652 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, Rusiyada pandemiya dövründə sutka ərzində qeydə alınmış maksimum ölüm sayıdır.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 134 545 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.
Oxunub: 317
Xəbəri paylaş
Paylaş: