“Rusiya dünya səhnəsində nəhəng oyunçudur..."- Borrel
“Avropa İttifaqına (Aİ) xoş gəlir və ya gəlmir, amma Rusiya dünya səhnəsində nəhəng oyunçudur. Ona görə də onunla qarşılıqlı fəaliyyətdə olmaq lazım gələcək”.
Bu barədə iyunun 29-da Aİ diplomatiyasının başçısı Jozep Borrel bəyan edib.
«…Rusiya ilə bizim münasibətlərimizdə qarşılıqlı əməkdaşlıq əsas olmalıdır. Bu, sizə xoş gəlir, ya gəlmir, amma Rusiya dünya səhnəsində nəhəng oyunçudur. Və o, özünün siyasi iştirakını dünyanın bir çox hissəsində artırıb, o cümlədən, Aİ-nin maraqlarının olduğu ölkələrdə: Litvada, Əfqanıstanda, Qarabağda (Azərbaycanda - Red.) və Suriyada bu əyani olaraq görünüb. Mən həm də İran üzrə Nüvə Müqaviləsini nəzərdə tuturam - Rusiya onun iştirakçısı sayılır…
Həm də qlobal problemlər var ki, onların həllinə Rusiyanı cəlb etmək bizim marağımızdadır. Ona görə də bu problemlərin həll olunmaması bizim hamımızı əhatə edir» - deyə, Borrel bildirib.
Bu arqumentlərinə baxmayaraq, Borrel bəyan edib ki, yaxın həftələrdə və aylarda Rusiyaya qarşı yeni sanksiyalar, həmçinin Moskva ilə qarşılıqlı fəaliyyətin mümkün sferaları hazırlanacaq.
Oxunub: 162
Xəbəri paylaş
Paylaş: