Antalyaya bir həftədə 120 min rus turist gəldi
İyunun 22-dən bu yana təxminən 120 min rus turist Antalyaya səfər edib. u barədə Antalya Şəhər Şurasının turizm üzrə işçi qrupunun rəhbəri Rəcəb Yavuz məlumat verib.
"Uçuş qadağasının qaldırılmasından 8 gün sonra 119.490 rusiyalı qonaq Antalyaya gəlib", - o qeyd edib. Rəcəb Yavuzun sözlərinə görə, ilin əvvəlindən bu yana Antalyaya 1,5 milyon turist gəlib.
Xatırladaq ki, aprelin 15-dən Rusiya ilə Türkiyə arasındakı uçuşlar qardaş ölkədəki əlverişsiz epidemioloji vəziyyət səbəbindən məhdudlaşdırılmışdı. 22 iyunda isə Rusiya uçuşlarla bağlı tətbiq olunan məhdudiyyətləri ləğv etdi.
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: