Hulusi Akar Qırğız Respublikasının prezidenti ilə görüşüb
Qırğız Respublikasının prezidenti Sadır Caparov Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Tərəflər Türkiyə - Qırğız Respublikası Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında ikitərəfli əməkdaşlığın irəliyə doğru yol xəritəsi ortaya qoyduğu vurğulanıb.
Akar səfər çərçivəsində dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Çölün müdrik qələmi” adlanan muzeyini də ziyarət edib.
Türkiyənin milli müdfiə naziri Qırğız Respublikasına səfərini başa vurduqdan sonra Tacikistana yola düşüb.
Oxunub: 444
Xəbəri paylaş
Paylaş: