İ G20 ölkələrini "həmkarlıq ruhuna" səsləyib: "Çin 100-dən artıq ölkəyə 450 milyon doza vaksin tədarük edib"
Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İ «İyirmilər qrupu» ölkələrini (G20) həmkarlıq ruhunu möhkəmlətməyə səsləyib və birgə fəaliyyət üçün təklif irəli sürüb.
Bu barədə «Sinxua» agentliyi xəbər verib.
G20 ölkələri xarici işlər nazirlərinin videoəlaqə formatında Pekində keçirilən konfransında iştirak edən Van İ uyğun bəyanatla çıxış edib.
Dünyada epidemioloji situasiyanın ağır olaraq qaldığını, dünya iqtisadiyyatının bərpasının isə qeyi-rəvan getdiyini qeyd edən Van İ bəyan edib ki, G20 ölkələri həmrəyliyi və qarşılıqlı fəaliyyəti qorumalı, epidemiya ilə qlobal mübarizədə aparıcı rol oynamalıdırlar.
Van İ əlavə edib ki, səhiyyə üzrə Qlobal sammitin yekun bəyanatının reallaşdırılmasını sürətləndirmək qaçılmazdır və peyvənd, diaqnostika, müalicə, birgə profilaktika və Covid-19-a nəzarəti gücləndirmək, inkişaf etməkdə olan ölkələrə əlavə dəstək vermək lazımdır.
İ bəyan edib ki, bu günə olan vəziyyətə görə, Çin 100-dən artıq ölkəyə 450 milyon doza vaksin tədarük edib. Nazir belə imkanları olan ölkələri ixracı məhdudlaşdırmaqdan imtina etməyə və ya artıq ehtiyatlar toplamağa və immunlaşdırmadakı fərqi aradan qaldırmaqda səylər göstərməyə səsləyib.
Oxunub: 256
Xəbəri paylaş
Paylaş: