Türkiyədə 3-cü doza peyvəndin vurulmasına başlanıldı -
vaksin seçmək sərbəstdir
Türkiyədə ikinci doza peyvənd olunmuş 50 yaşdan yuxarı vətəndaşlar və tibb işçiləri bu gündən etibarən istədikləri peyvəndin 3-cü dozasını vurdura bilərlər.
Səhiyyə naziri Fəxrəddin Qoca Elmi Komitənin iclasından sonra verdiyi açıqlamada bildirib ki, 50 yaşdan yuxarı şəxslərin və səhiyyə işçilərinin istənilən vaksinlə 3-cü doza peyvənd olunmasının faydalı olacağı ilə bağlı qərara gəliblər. Sözügedən şəxslər 1 iyuldan etibarən istənilən vaksinlə üçüncü doza üçün növbə götürə biləcəklər.
“Üçüncü doza peyvəndinin hansı növ peyvəndlə tətbiq olunmasına dair heç bir məhdudiyyət və prioritet yoxdur. Vətəndaşlarımız və səhiyyə işçilərimiz ilk iki dozada hansı peyvənd vurdurduqlarına baxmayaraq üçüncü doza olaraq istədikləri peyvəndi vurdura bilərlər. Bu baxımdan seçim sizindir. İstədiyiniz peyvəndi 3-cü doza olaraq rahatlıqla qəbul edə bilərsiniz”,-deyə Türkiyə səhiyyə naziri qeyd edib.
Qeyd edək ki, Türkiyədə indiyə qədər 50 milyona yaxın insan peyvənd olunub.