Blogger Mehman Hüseynov növbəti araşdırmasını dərc edib.
Bu araşdırma Bakı Metropoliteninin rəisi Zaur Hüseynovun ailə üzvlərinin bahalı avtomobil kolleksiyası barədədir.
Blogger iddia edib ki, Zaur Hüseynovun, həyat yoldaşının və övladlarının istifadəsində olan maşınlar Metropolitenin hesabına alınıb.
Mehman Hüseynovun “Prokurorluq üçün daha dəqiq məlumat” başlığı ilə sosial şəbəkədə paylaşdığı qeydləri və fotoları təqdim edirik:
Deməli, metropoliten rəisi Zaur Hüseynovun ailəsinə məxsus olan maşınlar “Bakı Metropoliteni” QSC-nin adınadı. Təsəvvür edirsiznimi? Yəni, bu maşınlar Bakı metropoliteninin vəzifəli şəxsləri üçün alınıb və pullar metropolitenin büdcəsindən götürülüb.
Bu arada daha bir məlumatı da dəqiqləşdirdim:
Zaur Hüseynovun maşınının üstündə olan dövlət qeydiyyat nömrəsi 90-ZZ-090. ZZ-nin mənası odur ki, ZAURun maşınıdır.
Onun oğlu Həbib Hüseynovun maşının üstündə olan nömrə 90-HH-090 dır. HH-nin də mənası odur ki, HƏBİBİN maşınıdır.
Nəhayət, Zaurun həyat yoldaşının maşının üstündə olan nömrə isə 90-LL-090 dır. LL mənası bilirsiz nədir? Onun həyat yoldaşının adı isə Lalə Hüseynovadır. Yəni, LALƏnin maşınıdır.
Bu iddia ilə bağlı münasibət öyrənmək üçün əməkdaşımızın Metropolitenin rəhbərliyi ilə əlaqə qurmaq cəhdləri uğursuz olub./gununsesi