ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana əlavə 1 milyon dollar ayırıb

ABŞ hökuməti COVID-19-la mübarizə üçün Azərbaycana bu yaxınlarda əlavə olaraq 1 milyon dollar ayırıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Ümumdünya Səhiyyə Təşkilatının "PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.
O bildirib ki, bu bizim uğurumuzun bir hissəsidir:
“Sözügedən vəsait ən etibarlı tərəfdaşlarımız ÜST və “Qırmızı Xaç Cəmiyyəti” vasitəsilə təqdim edilib. Hər iki təşkilat qlobal səhiyyə böhranı zamanı Azərbaycana kömək göstərilməsində mühüm rol oynayıb.
Azərbaycanın COVID-19 pandemiyasının səhiyyə və iqtisadi təsirlərinə cavab tədbirlərini dəstəkləmək üçün ABŞ ümumilikdə Azərbaycana 6,6 milyon dollar miqdarında yardım edib. Bu hələ son deyil. COVID-19-a qalib gəlmək üçün biz birlikdə hərəkət etməliyik”.
Oxunub: 308
Xəbəri paylaş
Paylaş: