Ermənilər indi də Roma Papasına yalvarır: “Əsirləri qaytarmağa kömək edin”

Kilikiya katolikosu I Aram Roma Papasından erməni əsirlərinin geri qaytarılmasında kömək istəyib.
Bu barədə Erməni Apostol Kilsəsinin Kilikiya Katolikosatı öz “Facebook” səhifəsində məlumat yayıb. “Böyük Kilikiya katolikosu I Aram Papa Fransis həzrətlərindən Qarabağ müharibəsi əsirlərinin geri qaytarılmasına kömək etməsini xahiş edib”.
Bu yaxınlarda Vatikanda Livanın xristian ruhani liderlərinin toplantısı zamanı I Aram ayrı-ayrılıqda Qarabağ müharibəsinin nəticələrinə və xüsusən də Azərbaycanda olan erməni məhbusların geri qaytarılması məsələsinə toxunub. Vatikanın dövlət katibi kardinal Pyetro Parolin də bu məsələyə münasibət bildirib.
“Ali Patriarx Ermənistan Respublikasının Vatikandakı səfiri Karen Nazaryana ətraflı məlumat verib”, – deyə Katolikosatın səhifəsində bildirilir./yenisabah
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: