AVRO-2020: İngiltərə yığması yarımfinala yüksəldi
Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. İtaliyanın paytaxtı Romanın “Olimpiko” stadionunda Ukrayna və İngiltərə yığmaları qarşılaşıblar.
Almaniyadan olan hakimlər briqadasının idarə etdiyi matç İngiltərə yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları4 və 50-ci dəqiqələrdə Harri Keyn, 46-cı dəqiqədə Qari Maquayr və 63-cü dəqiqədə Cordan Henderson vurub.
Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsinin Bakı Olimpiya Stadionunda təşkil olunan oyununda Çexiya və Danimarka komandaları üz-üzə gəlib.
Qarşılaşma Danimarkanın 2:1 hesablı qələbəsi ilə bitib. Beləliklə, İngiltərə yığması yarımfinalda Danimarka seçməsi ilə üz-üzə gələcək.
Oxunub: 332
Xəbəri paylaş
Paylaş: