ATƏT ikinci xəritə-məhbus mübadiləsini alqışladı

ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan və Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb.
A. Linde bu barədə “Twitter” hesabındakı paylaşımında qeyd edib.
“Əlavə olaraq saxlanılmış 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını və Ermənistanın minalanmış ərazilərin xəritəsini açıqlamasını alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümid edirəm ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında daha çox etimadyaratma dayanıqlı nizamlanma üçün yol aça bilər”,- deyə ATƏT sədri bildirib./apa
Oxunub: 245
Xəbəri paylaş
Paylaş: