Həbs qərarı götürülən Mübariz Mənsimov ilk dəfə “Palmali”yə gəldi: “Haydı, iş başına… “/FOTO

Üzərindən ev həbsi götürülən Palmali Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov ilk dəfə işə çıxıb.
Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib. M.Mənsimovu şirkətin əməkdaşları qarşılayıb.
“Haydı, iş başına” deyən M.Mənsimov əməkdaşlar qarşısında çıxış edib.
“350 gün nələr yaşadığınızı bilirəm. Allah sizlərdən razı olsun. Artıq yeni səhifə açırıq. Durmaq yoxdur! Yola davam! Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram, daha yaxşı günlər bizi gözləyir. Çətinliklərə baxmayaraq yanımda qaldığınıza və şirkəti buraxmadığınıza görə sizlərə təşəkkür edirəm. Tam gücümüzlə işə sarılmalı və "Palmali"nin problemlərini həll etmək üçün əlimizdən gələni etməliyik. Mən inanıram ki, çox qısa bir zamanda biz buna nail olacayıq”./azpost



Oxunub: 435
Xəbəri paylaş
Paylaş: