Eldar Həsənov xəstəxanaya köçürüldü -
VƏZİYYƏTİ PİSDİR
“Məlumat vermişdik ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi 07 may 2021-ci il tarixli (Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq verilmi) Qərarına əsasən Eldar Həsənov stasionar qaydada DTX-nin Tibb Qospitalına yerləşdirilməklə komleks qaydada müayinə, müalicə, cərrahiyyə əməliyyat keçirilməli idi.
Həmin qərar onun icrasına məsul olan şəxslər tərəfindən yerinə yetirilməmişdir.
Nəticədə, onun səhhəti bu müddətdə daha da ağırlaşmışdır. Yaxın vaxtlarda onu ola bilər ki, bir yox, bir neçə ağır əməliyyat gözləyir.
Eldar Həsənovun DTX-nin İstintaq Təcridxanasının personalına, o cümlədən tibb heyətinə onun həyatda qalması üçün etdikləri bütün addımlarına görə təşəkkürünü bildirməsini xahiş etdi.