Türkiyədən təklif:
Şuşa Türk dünyasının mədəniyyət mərkəzi olsun
“Anadolu” agentliyi xəbər verir ki, təşəbbüsü TDMMB rəhbəri, Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mücahit Demirtaş səsləndirib:
"Bu addım Azərbaycan şəhərinin beynəlxalq aləmdə nüfuzunu gücləndirəcək və eyni zamanda Qarabağdakı qələbənin möhkəmləndirilməsinə töhfə verəcək”.
Demirtaş TDMMB-nin Azərbaycanın Ermənistanın işğalından azad edilmiş bölgələrinin bərpası prosesinə mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb.
Onun sözlərinə görə, 2022-ci ildə Türk dünyasının qədim şəhərlərinin yenidən qurulması üçün beynəlxalq fikir müsabiqəsinin təşkili və Azərbaycanın Qarabağ bölgəsinin inkişafı istiqamətində 100 illik təşəbbüslər planının hazırlanması planlaşdırılır.