Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
AZƏRBAYCANIN BAŞ KONSULLARI KİMLƏRDİR - SİYAHI
Trampın valideynləri - ABŞ lideri: “ANAM cənnətdədir, ATAM haqda isə... BUNA ƏMİN DEYİLƏM"- FOTOLAR
ÇÖRÇİLL niyə Ədəbiyyat üzrə NOBEL MÜKAFATINA layiq görülüb?
Press-fakt.az
    
  • Ermənistan və Rusiya gücləndirilmiş REJİMƏ KEÇİR:
    Ermənistan və Rusiya gücləndirilmiş REJİMƏ KEÇİR: Sentyabrın 1-dən...
  • 
  • Ukrayna ordusuna dair dəhşətli STATİSTİKA
    Ukrayna ordusuna dair dəhşətli STATİSTİKA
  • 
  • “Britaniya-Azərbaycan tərəfdaşlığı ilə fəxr edirik”-
    “Britaniya-Azərbaycan tərəfdaşlığı ilə fəxr edirik”- Səfir Ferqus Auld
  • 
  • Hökumət 18-22 yaş arası kişilər üçün qaydaları dəyişir -
    Hökumət 18-22 yaş arası kişilər üçün qaydaları dəyişir - Ukraynada
  • 
  • Tramp ölüm cəzasını bərpa etmək istəyir
    Tramp ölüm cəzasını bərpa etmək istəyir
  • 
  • Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi həcmi AÇIQLANDI
    Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi həcmi AÇIQLANDI
  • 
  • Zelenski - Putin danışıqları Türkiyədə baş tuta bilər
    Zelenski - Putin danışıqları Türkiyədə baş tuta bilər
  • 
  • Azərbaycan və Suriya arasında razılaşma əldə olundu
    Azərbaycan və Suriya arasında razılaşma əldə olundu
  • 
  • "İran nüvə proqramı üzrə ABŞ ilə danışıqlara hazırdır"-
    "İran nüvə proqramı üzrə ABŞ ilə danışıqlara hazırdır"- Abbas Əraqçi
  • 
  • Fantastik “ANALİZ QİYMƏTİ”, YERSİZ YOXLAMALAR...-
    Fantastik “ANALİZ QİYMƏTİ”, YERSİZ YOXLAMALAR...- Özbəklər AQTA-dan nə öyrənəcək?
  • 
  • Minsk Qrupunun sentyabrın 1-də LƏĞV EDİLMƏSİ gözlənilir
    Minsk Qrupunun sentyabrın 1-də LƏĞV EDİLMƏSİ gözlənilir
  • 
  • MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib -
    MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib -  RƏSMİ
  • 
  • İki ölkənin sərhədinə 15 min əsgər yerləşdiriləcək
    İki ölkənin sərhədinə 15 min əsgər yerləşdiriləcək
  • 
  • "Hazırkı vəziyyətdə iki dövlətli həll yolu mümkün deyil"-
    "Hazırkı vəziyyətdə iki dövlətli həll yolu mümkün deyil"- İsrail səfiri
  • 
  • MOSKVADAKI azərbaycanlıların NƏZƏRİNƏ! -
    MOSKVADAKI azərbaycanlıların NƏZƏRİNƏ! - HƏR ADDIMLARI İZLƏNƏCƏK
  • 
  • Ali məktəblərə qəbul üzrə iki mindən çox plan yeri boş qalıb
    Ali məktəblərə qəbul üzrə iki mindən çox plan yeri boş qalıb
  • 
  • Rusiya Donetskə zərbə endirib - 
    Rusiya Donetskə zərbə endirib -  150-yə yaxın şəxs şaxtada qalıb
  • 
  • ABŞ-a səyahət bahalaşır:
    ABŞ-a səyahət bahalaşır: Vizaya əlavə 250 dollar rüsum gəlir
  • 
  • Kartdan pul çıxdı, nə taksi var, nə sürücü...-
    Kartdan pul çıxdı, nə taksi var, nə sürücü...- “Bolt”dan şikayət yağır /VİDEO
  • 
  • AZƏRBAYCANDA MÜƏLLİMLƏRİN SAYI GETDİKCƏ AZALIR -
    AZƏRBAYCANDA MÜƏLLİMLƏRİN SAYI GETDİKCƏ AZALIR - Səbəb nədir?
  • 
  • Bakıda gizli FAHİŞƏLİK ŞƏBƏKƏSİ -
    Bakıda gizli FAHİŞƏLİK ŞƏBƏKƏSİ - Özlərini belə "SATIRLAR" /FOTO
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Əhməd Orucun ailəsi Azərbaycan Prezidentinə müraciət etdi
  • Nazarbayev Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edib
  • Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
  • Nursultan Nazarbayev Azərbaycan Prezidentini təbrik edib
  • Mehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"
  • Nursultan Nazarbayev: “Heç vaxt öhdəsindən gələ bilmədiyim işi boynuma götürmərəm” – MÜSAHİBƏ

    • Tarix: 6-07-2021, 10:16

    Nursultan Nazarbayev: “Heç vaxt öhdəsindən gələ bilmədiyim işi boynuma götürmərəm” – MÜSAHİBƏ


    — Xoş gördük cənab prezident! Möhtərəm Elbaşı!

    — Xoş günlərdə görüşək.

    — Sizinlə görüşməyin özü ən xoş gündür. Siz Tanrının seçdiyi və sevdiyisiniz. Bu gün Sizi həm də məlum virusdan sağalaraq, Türk dünyasına yenidən Tanrı tərəfindən qaytarıldığınız üçün təbrik etmək istəyirəm. Tanrı bu dərdin içərisində də sizi sınağa çəkdi. Siz yenə də imtahandan üzüağ çıxdınız. Azərbaycanda da sizin üçün dua edənlər çox idi.

    — Şükr olsun bizi yoxdan var edən Tanrıya! Yollarımızı işıqlandıran, bizə həyat verən, Biz heç zaman bir həqiqəti unutmamalıyıq ki, Tanrı təkdir, Aləm təkdir, Göy Səmanın altında hamıya yer çatır.  Ona görə də insanlar bir-biri ilə  bir ata-ananın övladı kimi mehriban və həmrəy yaşamağı bacarmalıdırlar.
    Həkimlərin səyləri, tələb və tövsiyələrinin ciddi şəkildə yerinə yetirilmklə və həm də mənim üçün edilən duaların sayəsində  dərdi  dəf etdim, özümü yaxşı hiss edirəm və tam mənada işimin başındayam. Xalqımla birlikdə bu xəstəliyin şiddətini hiss etdim və indi müalicəsində olan hər kəsə, səbr, cəsarət, mərdlik  və sürətli sağalma arzu edirəm.
    Bu gün yaşadığımız çətin dövr bütün insanlğın sınağıdır. Əziz dostlar, sizin səmimi arzularınız və mənə qarşı olan mehriban münasibətiniz mənə güc və həyat enerjisi bəxş etdi. Səcdə edirəm və hər biriniczə cansağlığı və uğurlar diləyirəm.

    — Cənab Elbaşı, adınızı Telebala nənə verdi. Yaşınızı və məqamınızı Tanrı yazdı. Siz doğulanda qazax və türk milli adət-ənənsinə görə Telebala  Sizi köynəyindən keçirdi. Sizin müəllifi olduğunuz “Həyat yolu” və “Zaman və düşüncələr” kitablarınızı tərcümə etdiyimdən, ömür yolunuza tam bələdəm.  Uşaqlığınızdan, məktəb illərinizdən danışın. Azərbaycan oxucusu üçün bu çox maraqlı olacaq.

    — Nənəm mənim həyat kitabım, məktəbim oldu. Adımı da Allahın 99 adına uyğun  qoyub. Bilirsiniz ki, Yaradanın 99 adından biri Nurdur. Adət-ənənəyə görə, mən onu “apa” çağırırdım. Məni o böyütdü. Mən dünyanı dolaşıb, çox ölkələr gəzmişəm.  Dünyada gözəl və ecazkar təbiətli  çox yer görüb, heyran olmuşam.
    Lakin dünyanın heç bir möcüzəsi mənim doğulduğum , əlçatmaz, üç tərəfdən Alatau dağının dərələri və çığırları ilə əhatələnmiş doğma Qazax torpağımdakı  Uşkonırın yerini verməz. Orada mənim uşaqlığım keçib. Ora mənim arzularımın vətənidir. Ora mənim xəyallarımın yuvasıdır. Hələ 5 yaşım olanda  nənəm  Tetebalanın köməyi  ilə xalq dastanlarındakı şeir parçalarını əzbər öyrənmişdim. Apam  mənə nağıllar danışdı. Türk xalqlarının qəhrəmanlarını tanıtdı.
    8-ci nəsildən babam, sərkərdə  Karasay Batır Altınayulı haqqında əfsanələr söylədi. 8 yaşım olanda Çemolqan D.A.Furmanov adına orta məktəbin  birinci sinfinə getmişəm. 1999-cu ildən məktəb babam Karasay Batırın adını daşıyır.

    — Bu o vaxtlar idi ki, ailənizdə artıq Sizdən başqa üç övlad dünyaya gəlmişdi. Telebala nənə deyrmiş ki, Sultanımın ayağı düşərli oldu. Abışın  iki oğlu və bir qızı doğuldu. O çətin illərdə ailənin yükünü  atanız Abış kişi və ananız Aljan bibi  çəkdi.

    — Atam Uşkonırda briqadir işlədi. Məni oxutmaq, məktəbə göndərmək üçün Çemoqlan kəndinə dayımın yanına göndərdilər. İki il dayım Ümmətin evində yaşadım.
    Sonralar min bir əziyyətlə Çemolqanda atam da bir ev tikib başa gətirdi. Artıq bizim də evimiz, doğma ocağımız var idi. Anam Aljan  mənim oxuyub, biliklərə yiyələnməyim üçün min bir əziyyətə qatılırdı. Evimizdə ciddi nizam-intizam, hər kəsin üzərinə düşən vəzifəsini vicdanla yerinə yetirməsi kimi  qaydalar yaradılmışdı.
    Mən dərs oxuyanda evə xüsusi  sakitlik hakim kəsilirdi. Dərslərimi hazırlayıb bitirməyincə, dostlarımla  çöldə və ya evdə  oynamağa haqqım yox idi. 12 yaşım olanda  qazax milli musiqi aləti dombrada və qarmonda çalırdım. Ən böyük arzum  şəxsi qarmonmun olması idi.  Bu arzuma  çatmaq üçün bütün yayı qonşunun həyətində kərpic kəsərək ,mənə  verilən gündəlik əmək haqqını toplayıb yayın sonunda bir qarmon almağa müvəffəq olduq.
    Musiqiyə olan böyük həvəsimi görən atam  Abış kişi  dombra ustasına dombra da sifariş etdi. Bundan sonra isə  qohumuz Kopjasarulıdan musiqi dərsləri almağa başladım.

    — Qazaxlarda dombra, bizdə saz. Ruhumuzdur. Milli kimliyimizdir. Siz də bir türk oğlu kimi bu simlərin sehri altında böyüdünüz. Dədə Qorquddan bizə yadigare qalan dombranı UNESKO-nun  bəşəriyyətin qeyri-maddi irs siyahısına yazdırdınız.

    — Dombra bizim  milli mədəniyyətimizi  dünyaya tanıdan  məəvi neməyimizdir.  Dombra bizim pasportumuz və brendimizidir. Bu musiqi aləti  Böyük Çöl köçərilərinin mədəniyyət tarixinin şahididir.

    Qazaxıstan Müstəqilliyini əldə edəndən sonra Böyük Çöldə yaşayan xaqın  özünəməxsus təkrarsız ənənələri, və mentaliteti var. Uzun əsrlərdir ki, bu musiqi aləti qazax xalqının millli və mənəvi tarixinin simvolu olaraq bu günümüzə qədər gəlib çıxıb. Biz yaxşı bilirik ki, hər xalqın özünün sevimli musiqi aləti var.  

    Böyük Çöldə Türkdilli xalqları bir-birinə birləşdirən alətdir dombra. O qələbə günlərimizdə, məğlub olduğumuz vaxtlarda da, sevincli və kədərli anlarımızda da  bizimlə olub. Onun seehirli sədası və onun təsiri ilə oxunan küylər nəsillərdən-nəsillərə ötürülərək, bizim mədəni irsimizi  , ənələrimizi, dastanlarımızı yaşadıb. Mən 2017-cidə Milli Dombra günü tısis etdim. Dombra xalqın təfəkküründə yenidən doğuldu. Çünki dombra qazaxın ruhu, tarixi, ənənələri və həyat tərzidir
    Dombra səsini eşidəndə dayanıb qulaq kəsilməyəni,  ucsuz-bucaqsız çöllərdə yövşan ətri üçün darıxmayan adamı “qazax” adlandırmaq olmaz.



    —
     İntəhasız qazax çöllərindən danışdınız. Şəcərənizin nümayəndələri çörək verən kişilər olub. Hətta Çemolqanda “Nazarbay dəyirmanı” da xatırlayanlar var. “Şəcərə və yaxud da qazaxların öz nəsilləri haqqında şifahi bilgiləri onu bütün xalqlarla birləşdirən ideoloji bağdır”- fikri də sizə məxsusdur.

    — Sərkərdə babam  Karasay Batır Altınayulı məşhur qazaxların cunqarlara qarşı olan xalq azadlığı hərakatında, azadlıq mübarizədində ləyaqətlə vuruşub. Təsadüfi deyil ki, sərkərdənin bu igidlik və döyüş xidmətlərinə cavab olaraq, şəcərəmizin  Şapıraçdı nəsli onun adını  şücaət və qələbə haqyqırtısı simvoluna çevirmişdilər. Batırlarımız döyüşə gedəndə onun adını çağırırdılar. Biz  Şapıraştı cüzünün davamçılarıyıq. 

    Xalq arasında babam Nazarbayın adı da hörmətlə anılıb həmişə. Onun da öz dövründə insanlarının köçəri həyat tərzindən oturaq həyat tərzinə keçməsi, həmyerlilərinin torpaqlarına sahiblənməsi  sahəsində  çox böyük xidmətləri olub. Bu günə kimi Çemolqan kəndində “Nazarbayın dəyirmanı”, “Nazarbayın düzəngahı” kimi yer adları əhali arasında  hələ də işlənir.

    Qazax xalqı  7 qatı  torpağın altında, kökləri dərində  şaxələnmiş  və torpağın alt qatına işlənmiş bir qocaman ağacdır. O hər zaman bu torpaqda bitib-şaxələndi, heç vaxt əsrlərə yoldaş olan tarixi  müqəddəs Böyük Çölü tərk etmədi. Tufanlarla üz-üzə gəldi, taleyin çox ağır sınaqlarına  məruz qalsa da,  mənim qədim xalqım yaşadı. Beləliklə, bu günə qədər var oldu.

    –Bu gün Meqapolisin ən gözəl şəhəri sayılan  Astana  şəhərini quran da o babaların  yolunu davam etdirən Nursultan Nazarbayev oldu. Siz oddan od götürdünüz, atəşdən atəş. Bu türk elinin, türk yurdunun OD oğlu oldunuz. Qədim türk ənənələrinə sadiq qalaraq dəmiri döyüb, özünüzə ram etdiniz. Poladı əridərək, atəşlərdə bərkidiniz. Adi poladəridən fəhlədən ölkənin ilk prezidenti kimi şərəfli bir mərtəbəyə yüksəldiniz. 
    1979-cu ilin dekabr ayında Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin  sənaye, nəqliyyat və rabitə üzrə birinci katibi seçilərək ölkənin aparıcı rəhbərlərindən biri  oldunuz. 
    1991-ci ildə Qazaxıstan xalqı Sizi prezident seçkdikdə “OD”lu günlərinizi xatırlayaraq demişdiniz: “Temirtau mənim üçün beşikdir. Maqnitkanın və Temirtaunun tarixi, oradakı insanların taleyi mənim həyatımın ayrılmaz bir hissəsidir. Əgər taleyimdə Maqnitka və Temirtau olmasaydı, mən heç zaman prezident ola bilməzdim”.

    — 10 dekabr 1991-ci ildə təntənəli inauqurasiya mərasimdə  Qazaxıstan SSR Ali Soveti Rəyasət Heyətinin sədri S.A.Abdildin mənim Prezident seçilməyimi belə şərh etdi:  “Çoxəsirlik tariximizdə ilk dəfə olaraq biz xalq kimi öz prezidentimizi seçirik. Qazax xalqının layiqli oğlu Nursultan Abışeviç Nazarbayev bu şərəfli vəzifəyə seçildi. Demokratik əsaslar üzərində keçirilən seçkidə  seçki qutusuna yaxınlaşan 99% seçici ona öz səsini verdi.
    Bu, Nursultan Abışeviçin respublika əhalisi arasında necə böyük hörmətə, məhəbbətə və etibara malik olmasının göstəricisi və təsdiqidir.  Çoxmillətli Qazaxıstan xalqı  bu ağır dönəmlərdə N.A.Nazarbayevi  suveren respublikaya dövlət başçısı seçməklə öz taleyini ona etibar edib. Bu gün parlamentin səhər iclasında belə qərara alındı ki, dövlətimiz Qazaxıstan Respublikası adlandırılsın”.

    Mən heç vaxt öhdəsindən gələ bilmədiyim işi boynuma götürmərəm. Söz verdimsə, onu hər zaman yerinə yetirirəm. Həmin gün xalqımın qarşısında söz verdim.

    — Bilgə, Nursultan Nazarbayev, 2005-ci il və 2011-ci ildə  Qazaxıstanda Prezident seçkiləri keçirilərkən, mən də Azərbaycan Televiziyasının təmsilçisi kimi, həmin seçkini işıqlandırırdım. Bu seçkilərdə xalqın Sizə məhəbbətini gördüm. Astanadakı Barayev küçəsindəki seçki məntəqələrinin birində, seçki saatı başa çatmışdı, lakin  məntəqələrin qapısında dayanıb, Sizə səs verə bilmədiklərinə görə  etiraz edən vətəndaşlarınızı gördüm. Hakimiyyətdə bu məhəbbəti qazanmaq hər LİDER-ə qismət olmur. Hakimiyyət nədir?

    —  Hakimiyyət–birinci növbədə məsuliyyətdir. Qanun hakimiyyət və xalq arasında müqavilədir. Cəmiyyəti insanlar deyil, qanunlar idarə etməlidir.
    Totalitar  bir sistemin xarabalıqlarından  yenicə çıxan  gənc bir dövlətin  başçısı kimi, demokratiya da mənim üçün  rəhbərlik   metodlarımda,  düşüncə və fikirlərimdə əsaslı dəyişikliklərin qaranquşudur.
    Bu mənim üçün özünü doğma xalqınının yolunda qurban verməkdir. Mənim nəzərimdə  insanların özlərini rahat hiss etmələri, öz fikirlərini açıq-aydın şəkildə söyləmələri, dünyadakı azadlıqsevər insanlar kimi bərabərliklərini dərk etmələri üçün onların hər birini dinləmək və bu ideallara çatdırmaq böyük borcdur.
    Azadlıq və demokratiya-qüdrətli sərvətdir. Əgər sən oz xalqına sadiqsənsə, hətta  bəzi məsələlər sənin karyerana zərər versə belə özünü cilovlamağı bacarmalı və demokratik norma və prinsiplərə birmənalı şəkildə əməl etməlisən. Bu keyfiyyətini hər zaman artırmalı və inkişaf etdirməli, pillə-pillə yüksəltməlisən.



    — Qazaxıstanda millətlərarası münasibət hər zaman yüksək səviyyədə olub. Hətta 1985-ci ildə sabiq rəsmi Moskvanın Qazaxıstana güclə təyin etdiyi Kolbindən sonra baş verən  1986-cı il 16 dekabr hadisələri belə, buradakı yaşayan  insanların milli birliyinə xələl gətirə bilmədi.

    — Qazaxıstan totalitar repressiya illərində sürgün olunmuşlara qucaq açmış, insanlar burada sığınacaq tapmış, yenidən ayaq üstə dayanmağı, yaşamağı öyrənmişdilər. Həmin illərin sinələrə vurduğu yara hələ sağalmamışdı. Bu yerlərdə “Vaxtında söndürülməyən qığılcımdan alov yaranır, müalicə edilməyən xəstəlik isə iztirablar gətirir”, – deyilən bir xalq məsəli var. Çoxmillətli bir respublikada  insanların etibarını qazanmaq da asan məsələ deyildi. 16 dekabrda Qazaxıstan Sovet Respublikasının Ali Soveti “Qazaxıstan Respublikasının müstəqilliyi haqqında”  Konstitusiya Qanununu qəbul etdi. Bu qərarda yazılıb ki: “Sabiq Qazaxıstan SSR-nin bütün əraziləri müstəqil dövlətin ərazisi sayılır və toxunulmazdır.  Burada yaşayan bütün millətlərdən olan vətəndaşlar  Qazaxıstanın vahid xalqıdır və dövlət hakimiyyətinə tabedirlər”.

    — Müstəqillik Qazaxıstanın  həqiqi milli dirçəlişində görünməyən üfüqlər açdı. 1995-ci ildə sizin təşəbbüsünüzlə dünyada əvəzi olmayan nadir bir qurum – Qazaxıstan Xalq Assambleyası yaradıldı. Bu il isə həmin Assambleya özünün 25 illiyini qeyd etdi. Bir Şanırak altında yüzdən artıq millətin nümayəndəsini birləşdirib, sülh və əminamanlıq şəraitində yaşadan LİDER kimi də adınızı tarixə yazdınız.

    — Millətlərarası həmrəylik  müstəqilliyimizin birinci və ikinci beşilliyinin planlı məsələsi deyil, bu, Qazaxıstanın  siyasi praqmatik məsələsidir. Qazaxıstan hər zaman yarı etnik və   çoxmillətli bir dövlət olub  və heç kim, heç vaxt burada milli-etnik təmizləmə işləri apara bilməyəcək. Unutmaq olmaz ki, bizim çoxmillətli bir dövlət olmağımız böyük mədəni, iqtisadi və siyasi kursumuzun tərkib hissəsidir.

    Məsələ çox sadədir, bizim hər birimiz vətəndaş cəmiyyətində yaşadığımızı hiss etməliyik. Əsas odur ki, bizim bir yumruq kimi mehriban və çoxmillətli xalqımız vardır.  Onun ləyaqətli vətəndaşları bu ölkənin uğrunda hər zaman əl-ələ verib, döyüşməyə, işləməyə hazırdırlar.  Belə bir millət var: əsrlərlə əzilmək təhlükəsi altında olmasına baxmayaraq,  heç vaxt özünün cingiltili mahnılarını, əzəmətli küylərini, müdrik adətlərini, zəngin və ahəngdar dilini unutmadı.
    Qəlbi həmişə təmiz və mərhəmət hssi ilə döyündü.  Bu, bizim əsas var-dövlətimizidir.
    Ata –babalarımız bizə bayrağımızı uca tutmağı, könlümüzü təmiz saxlamağı, süfrəmizi bol açmağı öyrətdi. Bu doğru yoldan heç vaxt dönmədik, və bu bizə hər zaman faydalı oldu. Qazaxıstan Assambleyasının tarixi – bizim sabitliyimizin tarixidir. Qazaxıstan Xalq Assambleyasını  təsis etməklə, biz  milli birliyimizin  yolunu müəyyən etdik.

    Tarix boyu misilsiz çətinliklər görsələr də, qazaxlar öz nəcibliklərini,  digər xalqların dərdinə şərik olmaq xüsusiyyətini, dar ayaqda əl uzatmaq keyfiyyətini, başqa xalqlara hörmətlə yanaşmaq kimi gözəl adətlərini unutmadılar.  Tarixin tikanlı yollarından keçərək, nikbinliklərini itirmədilər, və beləcə XXI əsrə adlayaraq, yenə öz talelərini sınadılar. Mən belə bir cəsarətli xalqın bir zərrəsi olmağımla necə öyünməyim?!  Belə bir xalqın qarşısında başımı necə əyməyim?!

    — Çıxışlarınızda dəfələrllə vurğulayırsınız ki, bizim ən böyük uğurumuz  Müstəqil Qazaxıstanı qurmağımızdır!

    — Müstəqilliyimizin bərpası – əsrlərlə  azadlıq uğrunda ata-babalarımızın canlarını qurban verdiklərinin əvəzidir.  Taleyin  əli ilə tənzimlənən tarixi ədalətin təntənəsidir. Bu, nəhayətsiz yurdumuzu nizə və qol gücü ilə qoruyayarq bizə əmanət edən  babalarımızın və əcdadlarımızın  xidmətidir. Öz müstəqilliyi illərində Qazaxıstan çox ağır sınaqlardan keçərək ayaqları üstündə möhkəm dayanmağı  və gələcəyə baxmağı bacardı. Xalqın öz lideri  ilə birlikdə keçdiyi yol aydın şəkildə  sübut edir ki,  həll olunmayan məsələ və ya əlçatmaz hədəflər yoxdur. Sadəcə perspektivləri görmək və qələbəyə inamlı olmaq lazımdır. Əsas fakt budur ki, bütün ötən illərim ərzində  ümumxalq dəstəyi və etibarı məni əhatə edib – bu isə mənim üçün böyük mükafatdır.  Bax elə bu məhəbbət də məni  ən ağır zamanlarda ilhamlandırıb… Qəti şəkildə bir şeyi  deyə bilərəm, nə qədər ki, canımda can var, sağlamlığım imkan verir, vətənin rifahı naminə və Qazaxıstan xalqı üçün  çalışacağam!”.
    Qazandığım bütün  qələbələri və nailiyyətləri hər şeydən əvvəl  doğma xalqımın adına bağladım. Buna görə də, istərdim ki, mənim kədərli və xoş günlərimdə vicdanımın səsini  təyin edən,  ölçən yeganə hakimim – öz xalqım olsun. Xoşbəxtəm ki, xalqın oğluyam. Millətin oğlu olmadan, insanlığın oğlu olmaq olarmı? Çətin!..

    — “Çətin”- dediniz… O çətin suallardan biri də paytaxtı Almatıdan Astanaya köçürmək idi…  10 dekabr 1997-ci il…

    — Ölkənin siyasi paytaxtının köçürülməsi bir neçə adamın söhbət etdiyi təsadüfi və ya bir dəqiqə ərzində  əmələ gələn fikirin bəhrəsi deyildi. Bu, dərindən düşünülmüş və tarixi mənbələrlə əsaslanmış, gələcəyə hesablanmış, dünyanın varlı ölkələrində həyata keçirilmiş paytaxt köçürülməsi  təcrübəsindən yararlanmış bir addım idi. Yeni əsr bizim qarşımızda yeni məsələlər qoyur.  Biz yeni dövlət qururuq.  Qazaxıstan bir Avrasiya ölkəsidir və bizim  dövlətin mərkəzinə getməyimiz xarici siyasətimizin çoxşaxəlilik, inteqrasiyaya açıq olmağımızın  göstəricisidir. Məqsədimiz  bütün dünya ilə qarşılıqlı dostluq əlaqələri qurmaq, mehriban və açıq qonşuluq siyasəti yeritmək olub.  Bildiyiniz kimi, qısa müddət ərzində Astana paytaxt şəfəqlərinə və parıltısına bürünməklə yanaşı, eyni zamanda  özünün uca statusuna uyğun olaraq, real siyasi, iqtisadi və mədəni-təhsil mərkəzinə çevrildi. Bu şəhər həm də özünün yerini və ruhunu göstərmiş oldu.

    — Bəli, Astana Meqapolisin ən gözəl şəhərlərindən birinə çevrildi. Biz adi insanlar onu Sizin övladınız sayırıq! Astana şəhərinin  açılışı mərasimindəki çıxışınızda qeyd etmişdiniz ki, “Astana—dövlətin üzü, xalqın vüqarıdır.  İndi bu yeni paytaxtın adı dünyanın dilində əzbərdir. Şübhəsiz ki,  bu da gənc dövlətimizə olan marağı artıracaqdır. Bu arzunun bizim istəklərimizlə üst-üstə düşməsi üçün öz gücümüzü, inadımızı əsirgəməməliyik. İnanırıq ki,  yeni paytaxtımız  bizi, biz də onun ümidlərini doğruldacağıq”.

    — Şəhərlərin də insanlar kimi öz taleləri olur. Yeni – möhtəşəm paytaxtımızın  əsasını biz, inkişafımızın simvolu kimi Yesil çayının sahilindən başladıq. Ucsuz-bucaqsız Sarıarka səhrasının ürəyində biz gözəl və varlı Astananı  qurduq. Beləcə, işıqlı ümidlərlə gələcəyə üz tutduq .Paytaxta baxıb ölkəyə qiymət verirlər. Astananın üzü—millətin üzüdür! Astana – Vətənimizin ürəyi, müstəqilliyimizin dayağıdır! Astananın nüfuzu- qazax mənəviyyatının nüfuzudur. Cavan  Astana – qədim qazax torpağının müqəddəs taxt-tacıdır. Gənc Astana – müstəqil Qazaxıstanın işıqlı gələcəyinin simvoludur.
    Astana –   xalqımızın əsrlər boyu  arzuladığı və can atdığı Qazaxıstan müstəqilliyinin  əsl siması və  simvolu oldu. Astana-  Yeni Qazaxıstanın gücü və  buradakı çoxsaylı xalqların birgə enerji mənbəyidir. Astana – Qazaxıstan  xalqının xəyallarının və həyata keçən arzularının təcəssümüdür. Astana bu gün və  Astana sabah—bunların ikisi də bizim strateji fikirlərimizin və istəklərimizin cövhəridir.



    — “Mən bir çox ağır və taleyüklü məsələləri ürəyimin dərinliklərindən keçirərərk həll etmişəm”- demişdiniz müsahibələrinizin birində. Qazax xalqının dil məsələsi də ürəyinizin dərdinliyindən keçən ən taleyüklü bir məsələ idi.  Buna necə nail oldunuz?

    — Cəsarətli addım atmaq zamanı gələndə çox düşünürsənsə, bu zaman siyasi məqsədin keyfiyyəti və mənası itir. Mən öz xalqımı çox sevirəm.  Fəxr edirəm ki, kiçik yaşlarımdan  xalqımdan mənə əzmkarlıq, tədbirlilik və insanpərvərlik  keçib.  Müstəqilliyimizin  ilk illərindən “Qazaxstanın gələcəyi—qazax dili ilə bağlıdır”- arzumu reallaşdırmaq məqsədim olub.  
    Millətin öz mövqeyini ortaya qoymasının ilk vacib şərti – onun dilidir. Sivil olmağın birinci şərti doğma dilinlə yaşamaqdır.  Tanrıya şükürlər olsun ki, bizim xalqımız oyandı:  gec də olsa, başa düşdük ki, ana dilindən doğma heç nə ola bilməz. Qazax dili milli mədəniyyətimizin tərkib hissəsi kimi, qazaxıstanlıların birliyində mühüm faktor olaraq xidmət edir. Ölkəmizdə yaşayan bütün etnik qruplar üçün qazax dili,  mədəniyyəti, adət və ənənələri, qazax xalqının milli həyatı ilə tanışlığın əsasını təşkil edir. Nə qədər ki, qazaxların məmləkəti var, qazax dili yaşayacaq. Yüksələcək. İnkişaf edəcək.

    — Deyirsiniz ki, qazax çölləri  möhtəşəm Türk ellərinin ata yurdudur. 2009-cu il oktyabr ayının 3-də Azərbaycanın Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirildi. 
    Həmin Zirvə görüşündə bu gün dünyada yaşayan bütün türklərin elm və işıq məbədi olan Beynəlxalq Türk Akademiyasının yaranması haqqında ilk sənəd imzalandı. Bu gün türk dünyasına könül vermiş , Sizin ideyaların əsil təbliğatçısı olan Darxan Kıdıralı həmin quruma rəhbərlik edir.  Bu Akademiya fəaliyyətə başladığı gündən Sizin qayğınızı, məsləhətlərinizin şahidi olduq. Böyüdük, dünyanın bir çox ölkələrində qədim türk kimliyimizi, tariximizi bir daha isbat etdik. 
    “Mənəvi Miras”, “Gələcəyə doğru: Mənəvi Yenilənmə”, “Böyük Çölün 7 özəlliyi” adlı dövlət proqramını əhatə edən məqalələrinizi yazmaqla  əcdadlarımızdan bizə miras  qalanları arayıb axtarmaq, mülkümüzə və tariximizə sahib çıxmaq üçün  yol göstərib açar verdiniz.

    —  Müasir qazaxlar dünyanı atlarının dirnağı ilə silkələyən  qədim sakların, hunların və türklərin nəsilləridir. Qazaxlar əcdadlarımızdan bizə miras qalan  torpaqlarda türk dünyasının nəhayətsiz böyük ata yurduna sahib çıxan və qoruyan xalqdır. Bu həqiqət  İssık kurqanlarındakı gümüş  piyaləyə yazılmış,  Orhon- Yenisey və Talas vadilərində Türk xaqanlığının  daş kitabələrinə runik yazılarla yazılmış, bu günümüzə qədər gəlib çıxan  məktublardır.
    Qazaxlar bu geniş torpaqların, bu ellərin ilk sakinləri olmaqla bərabər, həm də əsas sahibləridir. Bizim dövlətimizin özəyini  qazax xalqı təşkil edir.  Unutmamalıyıq ki, torpağa sahiblik xalqımızın  üzərinə  müstəqil dövlətimizi qorumaq, onun xoşbəxtliyini heç zaman əldən verməmək kimi böyük bir məsuliyyət qoyur. Millətin öz milli –mənəvi köklərini unutmaması üçün şərait yaratmaq , bunu planlı şəkildə genişləndirmək—bizim ən böyük məsələmizdir.

    Nəhayətsiz qazax torpaqlarında elə bir guşə yoxdur ki, əfsanəsi olmasın. Mübaliğəsiz deyə bilərik ki, torpaqlarımız maddi mədəniyyətə aid bir çox kəşflərin meydana gəldiyi bir yerdir. Müasir cəmiyyət həyatının ayrılmaz parçası halına gələn bir çox əşyalar vaxtilə bizim torpaqlarda istehsal olunmuşdur. Böyük Çöldə yaşayan insanlar inkişaf prosesində bir çox texniki kəşflər edərək əvvəllər istifadə olunmayan yeni alətlər istehsal etmişlər. Bəşəriyyət bunları dünyanın dörd bir tərəfində hələ də istifadə etməkdədir. Qədim mənbələr bugünkü qazaxların ulu babalarının ucsuz-bucaqsız Avrasiya qitəsində siyasi və iqtisadi tarixin istiqamətini dəfələrlə dəyişdirdiyini göstərməkdədir. Onlar dünya arxivlərində öz tədqiqatçılarını gözləyir. Buna görə də Beynəlxalq Türk Akademiyası bu işdə araşdırmaçılara arxa-dayaqdır.

    Bəli, Qazaxıstan bütün Türk xalqlarının müqəddəs ata yurdudur. Qazaxların bugünkü geniş çölündən dünyanın bir çox yerinə səpələnən Türk köklü tayfalar və xalqlar digər ölkələr və bölgələrin də tarixi inkişafına mühüm töhfələr vermişlər. Qazaxıstanın qədim paytaxtı yalnız xalqımızın mənəvi mərkəzi deyil, eyni zamanda bütün Türk dünyası üçün müqəddəs bir məkan sayılır.

    On bir il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq etdik. Beləliklə, əlaqələrimizin yeni, daha düşünülmüş və praqmatik mərhələsinə start verildi. Məhz bu yanaşma bizə indiki yaxşı nəticələrlə gəlməyə imkan verdi. Əvvəla, biz təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. İkincisi, Şura Özbəkistanın və Macarıstanın hesabına genişləndi ki, bu da bizim birgə salnaməmizdə yeni səhifə açdı. Üçüncüsü, ölkələr tərəfindən sanballı institusional struktur yaradıldı. Bu struktura TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, eləcə də Türk Ticarət-Sənaye Palatası daxildir. Dördüncüsü, Şuranın siyasi və iqtisadi nüfuzu regional və beynəlxalq səviyyələrdə artır. Beşincisi, türk dünyası inteqrasiyasının konsepsiyası qəbul olunub. Həmin sənəd əsasən türkdilli ölkələrin çoxplanlı qarşılıqlı fəaliyyətini perspektivdə keyfiyyət cəhətdən daha yüksək səviyyəyə çıxaracaq.

    –Beləcə hər vaxt milli irsi yaşatmaq,  elini, obasını, yurdunu soyuna-kökünə döndərmək üçün  Elbaşı  “Böyük Çölün 7 özəlliyi” adlı məqalənizdə  yurddaşlarımızı, övladlarımızı  köklərimizi tanımağa, milli tariximizi dərindən araşdıraraq açılmamış düyünlərini işıqlandırmağa çağırırsınız.

    —  Doğma tarixini bilən, ona dəyər verib onunla fəxr edən xalqın gələcəyinin aydın olacağına əminəm. Keçmişiylə qürur duyub, bu gününün dəyərini bilmək və gələcəyə nikbin baxmaq ölkənin müvəffəqiyyətinin təminatıdır.

    — Tanrı  padşahları özü seçir. Taleyini də o yazır. Özünüzün də dediyiniz kimi, Siz xalqın məhəbbətini qazanan xoşbəxt bir oğulsunuz.  Bu xalq Sizə məhəbbətini izhar etmək üçün “Astana”ya “Nursultan”- dedi.

    — …Mənim  həmvətənlərimdən ayrı kədərim və qayğım, fikrim və arzum  yoxdur. Tale mənim üçün  nə yazıbsa, bütün sınaqlara   xalqımla birlikdə sinə gərib, imtahanlardan onunla birlikdə çıxacağam. Xalq istədi, mən onun istəyinə qarşı çıxa bilmədim. Çünki bu müzakirələr başlayanda  mən öz tərəfimdən “Yox!” demişdim.

    — Bu gün gənclərə demək istədiyiniz nədir?

    — Mənim gənclərə bir məsləhətim var:  Vətəndən kənarda  xoşbəxt həyat axtarmayın. Əgər sən Vətəni təmənnasız sevməyi bacarırsansa, onun maraqlarını hər şeydən üstün tutursansa, o zaman  vətən özü səni  qoruyacaq və yüksəklərə qaldıracaq. Məsələ ondadır ki, “Dövlət sənə nə verməlidir?”- sualı çox təbii və qanunauyğun sualdır. 
    Lakin unutmayın ki,  öz dövlətinin  ağır sınaq vaxtlarında “Bəs sən dövlətin üçün nə etmisən?”- sualı da həmin fikrin eynisidir. Əgər sən öz yurdunun oğlusansa, əgər sənin qəlbin onun sevincləri və kədəri ilə döyünürsə, hər bir vətəndaş sənin üçün qiymətlidirsə, o zaman bu yurda halal zəhmətinlə xidmət etməlisən ki, vətəndaşın güclü, alicənab və gözəl olsun. Unutma ki,  sən təkcə torpağın sahibi deyilsən, sən həm də ölkənin və taleyinin sahibisən! Vətəni sevmək – kamil  vətəndaş olmağın ilk göstəricisidir. Vətənsiz insan  kökü bilinməyən yabanı  alaq otuna bənzəyər. Vətən  yaşadığın bu dünyada sənin cənnətindir. 
    Ona görə də öz biliyini və gücünü vətəninə xidmətə sərf elə.  Əgər Vətən firavan və xoşbəxtdirsə, bu sənin də gücünü, imkanlarını, perspektivlərini artıracaq. Bizim təfəkkürümüzdə vətənpərvər olmaq Qazaxıstanı ürəyində gəzdirməkdir. Müstəqilliyi və azadlığı qazanmaq azdır, onu möhkəmləndirib və nəsillərə ötürməyi bacarmaq lazımdır.



    — 2017-ci ildə Siz Azərbaycan dövlətinin Ali Ordeni olan “Heydər Əliyev” ordeninə layiq görüldünüz. Həmin ordeni Sizə təqdim edərkən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dedi ki: ““Heydər Əliyev” ordeni Azərbaycan dövlətinin ali mükafatıdır və mənə çox xoşdur ki, bu gün həmin mükafatı Heydər Əliyevin böyük dostu və Azərbaycan xalqının, Azərbaycanın dostu Nursultan Abişeviç Nazarbayevə təqdim edirəm. 
    Nursultan Abişeviç, bu, həm də ona görə rəmzi xarakter daşıyır ki, Siz uzun illər boyu Heydər Əliyev ilə dostluq etmisiniz və onunla birlikdə işləmisiniz. Siz Sovet dövründə də həmişə ünsiyyət saxlayırdınız. Atamın söhbətlərindən xatırlayıram ki, sizin aranızda həmişə çox səmimi və yaxın münasibətlər olub. 
    Ölkələrimizin müstəqilliyi dövründə də sizin aranızda həmişə xüsusi münasibətlər olub. Bunu bizim vətəndaşlar da bilirdi və indi də bilirlər, MDB məkanında da bunu bilirlər. Əslində, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsasını siz ikiniz qoymusunuz…”

    — Heydər Əliyeviçin işinin davamçısı, ölkənin yeni Prezidenti İlham Əliyevdən belə ali ordeni alanda həyəcanlı idim. Onu İlham Əliyevdən qəbul etmək  mənim üçün böyük şərəf oldu. Məni çox riqqətə gətirən odur ki, bu orden Heydər Əlirza oğlu Əliyevin adını daşıyır. Mən Heydər Əliyev ilə 25 il ərzində – 1979-cu ildən onun ömrünün sonuna qədər tanış idim.
    Bütün bu illər ərzində onu yaxından tanımışam. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində olanda mən ona güvənirdim, onun dəstəyini hiss edirdim. İndi, bu il isə siz də, biz də müstəqilliyin, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 29 illiyini qeyd edirik. Bu, çox rəmzi məna daşıyır.
    Mən o vaxt Heydər Əliyevlə bərabər razılaşdığımız işləri faktiki olaraq davam etdirirəm. Bizim bugünkü danışıqlarımız, görüşlərimiz onu göstərir ki, biz onun başladığı işi uğurla davam etdiririk. Heydər Əliyev, əlbəttə, öz ölkəsinin və xalqının müstəsna patriotu, Azərbaycanda qan tökülməsinə son qoymuş və bugünkü Azərbaycanın əsasını yaratmış qeyri-adi və böyük insan idi. Bu, bizim münasibətlərimizin daha da möhkəmlənməsinin əlamətidir. Mən belə bir ordenin laureatı adını böyük şərəflə daşıyıram.

    — 2019-cu il Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Türk dünyasının inkişafı üçün xüsusi xidmətlərinizə  görə Türk Şurasına üzv ölkələrin başçılarının qəbul etdikləri qərara əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verildi. Azərbaycan Prezidenti İlham Əliyevin əllərindən isə “Türk Dünyasının Ali Ordenini” aldınız. Bakıda olduğunuz həmin günlərdə bizim Xəzərin sahilindəki dənizkənarı bulvarda yürüş də etmişdiniz.

    — Türk sivilizasiyasının dərin kökləri vardır. Əgər tarixə müraciət etsək, biz planetin ən böyük qitəsində həmişə mühüm rol oynamış xalqların xələfləriyik. Türk dünyasının müasir mərhələdə də əhəmiyyətini dərk etmək üçün dünyanın coğrafi xəritəsinə baxmaq kifayətdir. Xüsusilə qeyd etmək istərdim ki, mən ötən müddət ərzində, – 1992-ci ildən 2019-cu ilə qədər 27 ildən artıq müddətdə, – müxtəlif heyətlərlə türkdilli dövlət başçılarının 17 görüşünün hamısında iştirak etmişəm.
    Mən bunları əxz etmişəm: məsələn, “Türk” sözü, bu sözün hər bir hərfinin mənim üçün xüsusi mənası var. Birinci “t” hərfi – trast, yəni, inamdır, “ü” – uniti, yəni, birlik, “r”- renessans, yəni, intibah və sonuncu “k” hərfi – kinşil, yəni, qohumluq. Bu anlayışa əsaslanaraq mənim birlik daxilində işimin məqsədi ölkələrimizi yaxınlaşdırmaq olub və buna görə də mən çox şadam ki, birgə səylərlə bu məqsədə nail olmuşuq. sərhədlər insanları birləşdirdiyi kimi, həm də ayırır. 
    Məhz bu yerdə dostununun kim, düşməninin kim olmasını bilirsən. Əgər sərhəd xəttində yaşayan xalqlar mehribandırlarsa, dostluğun sərhədləri genişlənir, yox əgər arada münaqişə varsa, düşmənçilik dərinləşir.  O ki qaldı Xəzər sahilində gəzintiyə, “ Arada sədd deyil Xəzər, Qardaşlığın aynasıdır!”.



    Aida Eyvazlı GÖYTÜRK

    P:S.(Türk dünyasının ağsaqqalı, Qazaxıstanın birinci prezidenti cənab Nursultan Nazarbayevlə müshibəni, onun kitabları və müsahibələri əsasında 80 illik yubileyinə hədiyyə kimi hazırladım)

    Oxunub: 449
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      27-08-2025
      00:30 | Ermənistan və Rusiya gücləndirilmiş REJİMƏ KEÇİR: Sentyabrın 1-dən...
      00:27 | Ukrayna ordusuna dair dəhşətli STATİSTİKA
      00:25 | “Britaniya-Azərbaycan tərəfdaşlığı ilə fəxr edirik”- Səfir Ferqus Auld
      00:20 | Hökumət 18-22 yaş arası kişilər üçün qaydaları dəyişir - Ukraynada
      00:15 | Makronun vəzifədən uzaqlaşdırılması üçün yeni proses başladı
      00:13 | Tramp ölüm cəzasını bərpa etmək istəyir
      00:10 | Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi həcmi AÇIQLANDI
      00:07 | Zelenski - Putin danışıqları Türkiyədə baş tuta bilər
      00:05 | Azərbaycan və Suriya arasında razılaşma əldə olundu
      00:00 | "İran nüvə proqramı üzrə ABŞ ilə danışıqlara hazırdır"- Abbas Əraqçi
      26-08-2025
      20:45 | Fantastik “ANALİZ QİYMƏTİ”, YERSİZ YOXLAMALAR...- Özbəklər AQTA-dan nə öyrənəcək?
      20:40 | Minsk Qrupunun sentyabrın 1-də LƏĞV EDİLMƏSİ gözlənilir
      20:35 | MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib -  RƏSMİ
      20:30 | İki ölkənin sərhədinə 15 min əsgər yerləşdiriləcək
      20:25 | "Hazırkı vəziyyətdə iki dövlətli həll yolu mümkün deyil"- İsrail səfiri
      20:20 | MOSKVADAKI azərbaycanlıların NƏZƏRİNƏ! - HƏR ADDIMLARI İZLƏNƏCƏK
      20:00 | Ali məktəblərə qəbul üzrə iki mindən çox plan yeri boş qalıb
      18:50 | Rusiya Donetskə zərbə endirib -  150-yə yaxın şəxs şaxtada qalıb
      18:45 | ABŞ-a səyahət bahalaşır: Vizaya əlavə 250 dollar rüsum gəlir
      17:45 | Kartdan pul çıxdı, nə taksi var, nə sürücü...- “Bolt”dan şikayət yağır /VİDEO
      17:40 | AZƏRBAYCANDA MÜƏLLİMLƏRİN SAYI GETDİKCƏ AZALIR - Səbəb nədir?
      17:30 | Bakıda gizli FAHİŞƏLİK ŞƏBƏKƏSİ - Özlərini belə "SATIRLAR" /FOTO
      16:30 | Bələdiyyələr mənzillərə borc bildirişləri göndərir - Əmlak vergisi hansı quruma ödənilməlidir?
      16:20 | Hansı universitetlər təhsil haqlarını əvvəlcədən tələb edir?- AÇIQLAMA
      14:15 | İsrail MN: Hermon dağının işğalını davam etdirəcəyik
      14:00 | ZELENSKİNİ ƏVƏZLƏYƏ BİLƏCƏK ƏSAS FİQUR... General ZALUJNI -“The Guardian”ın ŞƏRHİ
      13:45 | Dünyanın hansı ölkələrində dəniz suyu içirlər? - Araşdırma
      13:41 | Bakıda orta aylıq əməkhaqqı 11 manat azalıb -  Paytaxtda ən çox və ən az qazanan kimlərdir?
      13:30 | “Nüvə bombası düzəltmək istəyirdik, amma...”- İranlı deputatın açıqlaması Trampı hərəkətə gətirib /VİDEO
      13:23 | "Norveç Ukraynadakı münaqişənin alovuna yanacaq qatır"- Rusiya səfirliyi
      13:00 | SON 80 İLDƏ 2 MİNDƏN ŞOX NÜVƏ SİLAHI PARTLADILIB - TƏSİRLƏRİ HƏLƏ DƏ DÜNYADA QALIR
      12:50 | Ərdoğanın meydan oxuyan bəyanatının ÜNVANI BƏLLİDİR: Yolun sonu gəldi!
      12:45 | Sərhəddə güllələnən erməni hərbçiyə cinayət işi açıldı - SƏBƏB
      12:40 | Hansı universitetlərdə əlavə təqaüdlər verilir?-  SİYAHI
      12:35 | Trampdan Qəzza bəyanatı: 2-3 həftə ərzində yaxşı xəbərlər olacaq
      12:25 | ÖDƏNİŞLİ İXTİSASLARDA TƏLƏBƏLƏR NƏ EDƏCƏK?- "Kreditlərin əhatə dairəsi geniş olmalıdır..."
      12:15 | Ötən il övladlığa götürülən uşaqların sayı açıqlanıb
      12:00 | Bu tələbələrə Prezident təqaüdü - ayda 350 manat veriləcək
      11:55 | Orduda polkovnik da daxil olmaqla 35 HƏRBÇİ BİR-BİRİNİ GÜLLƏLƏDİ
      11:44 | Azərbaycanda elmi tədqiqatçıların sayı məlum olub
      11:35 | DÜNYANI YAXIN 5 İLDƏ GÖZLƏYƏN 5 BÖYÜK MÜNAQİŞƏ - Cənubi Qafqazın adı keçmir, amma...
      11:30 | Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur
      11:22 | ABŞ Prezidenti indi də KXDR lideri ilə görüşmək istəyir
      11:17 | RUSİYA İsrailə İran əleyhinə MƏLUMAT ÖTÜRÜB - ŞOK İDDİA
      11:10 | Ursula fon Der Leyen Almaniya prezidentliyinə namizəd olacaq
      11:05 | AZƏRBAYCANIN BAŞ KONSULLARI KİMLƏRDİR - SİYAHI
      11:00 | Ərdoğandan Zəngəzurla bağlı MÜHÜM MESAJ
      10:55 | Ötən həftə döyüşlərdə 7000-dən çox əsgər ölüb -  TRAMP
      10:53 | Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızı işdən çıxarıldı
      10:45 | Pensiya yaşına çatıb PENSİYA ALA BİLMƏYƏNLƏRİN SAYI 166 MİNİ KEÇDİ
      25-08-2025
      19:30 | Rusiya Baş prokuroru istefa verir -  Ali Məhkəməyə sədrlik etmək istəyir
      19:15 | TRIPP-lə TRAMP İRANA ZƏRBƏ VURDU - “Fox News”-un ŞƏRHİ
      19:05 | “İlham, siz böyük lidersiniz”- Tramp Prezidentə hədiyyə göndərdi - FOTO
      19:00 | Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək -  XƏBƏRDARLIQ
      18:55 | Rəqsanənin ərinə də cinayət işi açıldı -  Ölkədən çıxa bilməz /FOTO
      16:05 | Quş qripi TƏHLÜKƏSİ - Bu ölkələrdən idxal MƏHDUDLAŞDIRILDI
      16:00 | ALİ MƏKTƏBLƏRƏ BUİLKİ KEÇİD BALLARI AÇIQLANDI - Linklər
      15:45 | Putin və Pezeşkian Cənubi Qafqazı MÜZAKİRƏ EDİB
      15:40 | Şahin Şıxlinski AĞIR DURUMDA - Hər an ölüm təhlükəsi var
      15:35 | Əhməd əş-Şara BMT Baş Assambleyasında çıxış edəcək
      15:30 | Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib
      15:25 | “Avropa liderləri TRAMPA YALTAQLIQ ETMƏYİ SEÇDİLƏR”- Financal Times
      15:15 | Norveç Ukraynaya 8,45 milyard dollar ayıracaq - Yonas Qar Stere
      15:10 | İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
      13:15 | Rayonlarda ətin qiyməti qalxıb...- Bakıda da qiymətlər yenidən arta bilər
      13:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Trampın valideynləri - ABŞ lideri: “ANAM cənnətdədir, ATAM haqda isə... BUNA ƏMİN DEYİLƏM"- FOTOLAR
      12:50 | Universitetlərdə 3 mindən artıq boş yer qalıb -  TARİX AÇIQLANDI
      12:45 | Türkiyə hərbi kontingent göndərilməsi barədə hələ QƏRAR VERMƏYİB
      12:40 | TAKSİ sürücüsü olmaq istəyənlər İMTAHAN VERƏCƏK -  RƏSMİ
      12:35 | Viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
      12:30 | TÜRKİYƏ UKRAYNAYA QOŞUN GÖNDƏRƏCƏK? -  Rusiya narahatdır
      12:25 | Ötən il Azərbaycanda qarayaraya yoluxanların sayı artıb
      12:20 | ABŞ-dan gözlənilməz HƏMLƏ – NATO qüvvələri Rusiya ilə sərhəddə TOPLANDI
      12:15 | İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
      12:00 | “Sədərək” ticarət mərkəzindən yanğınla bağlı AÇIQLAMA
      11:55 | TRAMPIN QUDASI ABŞ-la Fransa arasında gərginliyə SƏBƏB OLDU -  DİPLOMATİK QALMAQAL
      11:45 | Rusiyanın strateji obyektləri VURULDU -  Ukrayna “Müstəqillik Günü”ndə qisas alır
      11:40 | MAGA-nın zaman maşını: Amerika 1950-Cİ İLƏ GERİ QAYIDIR
      11:35 | Paşinyandan erməniləri təşvişə salan elan: Bakıya verilən söz tutuldu
      11:30 | İran və "Avropa üçlüyü" arasında nüvə danışıqları sabah Cenevrədə keçiriləcək
      11:25 | LAVROVUN SSRİ “BURCUTMASI”...- XİN başçısı öz mesajından niyə imtina edir?
      11:20 | Gözünün qarşısında 2000 manat pulunu oğurladırlar -  DETALLAR /VİDEO
      11:15 | Əhali təşvişə düşməsin! - Yararsız döyüş sursatları məhv ediləcək
      11:10 | İsrailin Yəmənə hava hücumu: Ölən və yaralananlar var
      11:05 | Məhbusların həyatı indi Netanyahunun əlindədir - Zamir
      11:00 | NAZİR MƏCNUN MƏMMƏDOVUN "UNİKAL" KOMANDASI -  Ölkənin kənd təsərrüfatı kimlərin əlinə keçib? /FOTOLAR
      10:55 | İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür?
      10:50 | Dizellə işləyən avtomobillərlə bağlı MÜHÜM XƏBƏR - VİDEO
      10:45 | Avropa poçt xidmətləri ABŞ-a bağlama göndərməyi dayandırır
      10:40 | "Sədərək"də sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?- Deputat açıqladı
      24-08-2025
      23:00 | “Sədərək”də yanan mağazanın 1,5 MİLYONA YAXIN BORCU VARMIŞ?
      22:30 | "Ukraynanın cəsarəti çoxlarını ruhlandırır"- Tramp
      22:25 | Zelenski İlham Əliyevə və Azərbaycana təşəkkür etdi
      22:15 | ATTESTATDA “5” ALIR, QƏBULDA AŞAĞI BAL TOPLAYIR...-  KİMDİR GÜNAHKAR?
      22:10 | Alyaska arxiyepiskopu Putinlə görüşdüyünə görə ÜZR İSTƏDİ
      22:05 | Qəzzada 16 fələstinli ÖLDÜRÜLDÜ - “Əl-Cəzirə”
      22:02 | Rusların oğurladığı ukraynalı mer geri qaytarıldı
      22:00 | "Sədərək"də yanan obyekt "Super Toys" şirkətinə məxsus imiş
      21:45 | Ermənistan-Azərbaycan sülh prosesi FAKTLARLA ABŞ NƏŞRİNDƏ - Bir tərəfin iztirabını unutmaqla sülh əldə olunmayacaq
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.