Tacikistan prezidenti səfərbərlik elan edib
Tacikistan prezidenti İmomali Rahmon Tacikstan-Əfqanıstan sərhədini gücləndirmək məqsədi ilə ehtiyatda olan 20 min hərbçinin səfərbər edilməsi barədə sərəncam imzalayıb.
“Azadlıq” radiosunun tacik xidməti xəbər verir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları iyulun 5-də “Taliban” hərəkatı silahlılarının Əfqanıstanın Bədəxşan əyalətinin Xoxon, Şikay, Nusay, Mohimay, Şuqnon və Sultan İşkaşim rayonlarını ələ keçirdiyini açıqlayıb. Əfqanıstanla Tacikistanın Bədəxşan əyaləti istiqamətində sərhədinin uzunluğu 910 km-dir.
Oxunub: 256
Xəbəri paylaş
Paylaş: