Elmar Vəliyevlə bağlı ekspertiza rəyi açıqlandı:
"Sui-qəsd nəticəsində psixi pozğunluq yaranıb..."
Bu barədə Report-a vəkil Cavad Cavadov məlumat verib.
Bu iş üzrə növbəti məhkəmə iclası iyulun 15-nə təyin edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 2019-cu il dekabrın 5-də baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.