"Azərbaycanda "Delta" ştammının yayılma ehtimalı böyükdür"-
Ekspert açıqladı
Azərbaycanda "Delta" ştammının yayılacağı ehtimalı böyükdür. Bunu tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib. Ekspert bildirib ki, bu dalğanı yüngül keçirmək üçün peyvəndləməni sürətləndirmək lazımdır: "Ay yarım müddət ərzində biz 2 milyon insanı peyvəndləyə bilsək, "Delta" ştammı Azərbaycanda çox da yayıla bilməyəcək. Yox, əgər geciksək və peyvəndləməni indiki sürətlə aparsaq, Azərbaycanda yeni dalğa Rusiyadakı kimi olmasa da, Gürcüstan səviyyəsində yayıla bilər. Gürcüstanda bu gün gündəlik yoluxma sayı 1000-ə yaxınlaşıb". Ekspert həmçinin deyib ki, yeni dalğa yayılsa, qapanmalar mümkündür.
Oxunub: 384
Xəbəri paylaş
Paylaş: