Ermənistanda koronavirusdan ölənlərin sayı artıb
Ermənistanda daha 148 nəfər COVID-19 pandemiyasına yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Məlumatda bildirilib ki, Ermənistanda virusa yoluxanların sayı 226 135-ə çatıb. Ölkədə son sutkada daha 4 nəfər koronavirusdan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 549-a yüksəlib.
Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, koronavirusa yoluxan 217 490 nəfər sağalıb, 3 000 pasiyent müalicə olunur.
Oxunub: 271
Xəbəri paylaş
Paylaş: