Qırğız-tacik sərhədində gərginlik:
1 hərbçi həyatını itirdi, yaralananlar var
Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı qarşıdurmada bir qırğız sərhədçisi həyatını itirib.
Bu barədə Qırğızıstan Sərhəd Təhlükəsizliyi Xidməti məlumat verib.
Açıqlamada qeyd olunub ki, Tacikistan sərhəd təhlükəsizlik qüvvələrinin Qırğızıstanın mövqelərinə silahlı hücumu nəticəsində Qırğızıstan Sərhəd Təhlükəsizliyi Xidmətindən 1994-cü il təvəllüdlü əsgəri həlak olub.
Qarşıdurmada Tacikistandan yaralananların olduğu bildirilib.
Qırğızıstan və Tacikistanın aidiyyəti qurumlarının hadisəni araşdırdığı deyilib.
Dünən də iki ölkənin sərhəd təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib və 2 qırğız hərbçisi yaralanıb./teleqraf
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: