Çin ABŞ-ın Əfqanıstandan çıxmasından qorxuya düşüb - “Bir kəmər, bir yol” layihəsinə təhlükə yaranıb
ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması davam etdiyi bir vaxtda, Çin, ölkədə gözlənilən qeyri-sabitlikdən, Şərqi Türküstan İslam Hərəkatının (ETİM) canlanmasından, Sincan bölgəsindəki sərhədlərarası ajiotaj və terrorizmdən narahatdır.
Bu barədə danışan araşdırmaçı-alim Salman Rafi Şeyx bildirib ki, Türkistan İslam Hərəkatı olaraq da tanınan ETİM, Əfqanıstanda fəaliyyət göstərən etnik uyğur qrupudur və uzun müddətdir “Şərqi Türküstan” olaraq Sincan üçün müstəqillik əldə etməyə çalışır.
ETİM, Suriyanın İdlib və digər şimal bölgələrində qruplaşaraq bu ölkədəki vətəndaş müharibəsində də fəal iştirak edib. BMT bu qrupu 2002-ci ildən bu yana "terror təşkilat" kateqoriyasına daxil edib. Donald Tramp administrasiyası, ETİM-in mövcud olduğu dövrdə “etibarlı bir dəlil olmadığını” əsas gətirərək 2020-ci ilin noyabr ayında ETİM-i Amerikanın terror siyahısından çıxarıb.
“Asia Times”-a verdiyi açıqlamasında S.R.Şeyx deyib ki, Amerika əsgərləri ölkədən çıxdıqdan sonra Taliban şimala doğru irəlilədikcə, qrupun Kabili, ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökumətini üstələməsi və yerinə yeni bir hökumət qurması an məsələsidir, dəfələrlə deyildiyi kimi, Taliban Əfqanıstanda “İslam Əmirliyi”ni qurmağı hədəfləyir: “Analitiklər və müşahidəçilər inanır ki, Talibanın hakimiyyəti ələ keçirməsi, ETİM kimi qrupların uyğur gənclərini işə cəlb etməklə radikallaşdırması üçün yeni yollar açacaq. Onların bir çoxu Pekindəki uyğur “peşə düşərgələri” və Sincanda müsəlmanların dini tətbiqlərinə avtoritar nəzarətdən çox narazıdır.
Bununla yanaşı Pekin üçün, narahatlıq yalnız qonşu Əfqanıstandakı uyğur müsəlmanları arasında radikal fikirlərin yayılması deyil. Əksinə, bu, ekstremizmin yenidən dirçəlməsinin ən azı Pakistan da daxil olmaqla, bölgədəki strateji BRI (Belt and Road Initiative) - “Bir kəmər, bir yol” təşəbbüsünə də gətirə biləcəyi təhlükədir.
Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) daxil olmaqla, Çinin İpək Yolu adlanan altı şəbəkəsindən dördü Sincandan keçir. Bu yollar Çini Rusiya ilə, Mərkəzi, Cənubi və Qərbi Asiya ilə Aralıq dənizinə birləşdirməyə yönəlib. Konkret olaraq Sincan ərazisindən keçən CPEC xaricindəki İpək Yolu şəbəkələrinə Çin-Orta Asiya-Qərbi Asiya İqtisadi Dəhlizi, Yeni Avrasiya Torpaq Körpüsü İqtisadi Dəhlizi və Çin-Monqolustan-Rusiya İqtisadi Dəhlizi daxildir.
ABŞ və NATO qüvvələrinin qonşu Əfqanıstandan getməsi Çin tərəfindən xoş qarşılansa da, eyni zamanda Pekini bölgədəki BRI ambisiyalarını reallaşdıra və ya poza biləcək yeni bir strateji böhrana salır”.

BMT TŞ-nın son hesabatına istinad edən Şeyx, Tramp administrasiyasının inkarına baxmayaraq, ETİM-in Əfqanıstanda nəinki mövcud olduğunu və fəaliyyət göstərdiyini, eyni zamanda “transmilli gündəm” i izlədiyini deyib.
Məlumata görə, ETİM Əfqanıstanda fəaliyyət göstərən “qabaqcıl” xarici terror qrupları sırasındadır. Məruzədə ETİM-in əsasən Bədəxşan, Kunduz , Taxar vilayətlərində yerləşdiyi və Abdul Haqın (Memet Amin Memet) qrupun lideri olduğu söylənilir.
Hesabatda Rəqistanın maliyyəsi ilə Əfqanıstanın şimalında və şimal-şərqində, əsasən Bədəxşanın Rəqistan və Varduc bölgələrində 500-ə yaxın ETİM üzvünün fəaliyyət göstərdiyi bildirilir. Bu şimal bölgələr Sincan sərhədindəki silahlılar üçün potensial bir keçid olan dar Vahan Dəhlizi ilə Çinlə əlaqə qurur.
ETİM Sincan, Çin və Çin-Pakistan İqtisadi Dəhlizini, Pakistan, Çitralı hədəf alan transmilli bir gündəliyə sahibdir. Başqa bir hesabata istinad edən Şeyx bildirib ki, bu, Pekinin Əfqanıstandakı vəziyyəti nəzarətə götürməyə çalışdığını göstərir.
KİV-də dərc olunan məlumata görə, 2020-ci ilin dekabrında Əfqanıstanda bir qrup Çin casus şəbəkəsi həbs edilib. Pekin bu iddianı rədd etsə də, Əfqanıstan Milli Təhlükəsizlik Müdirliyinin direktoru Ahmad Zia Sarac ölkə parlamentindəki çıxışında həbslərin həqiqətən həyata keçirildiyini təsdiqləyib. Tanınmış casusların tutulmadan əvvəl hansı məlumatları topladıqları və Pekinə ötürdükləri bəlli deyil.
L.SƏMLA
Oxunub: 350
Xəbəri paylaş
Paylaş: