Haiti hökuməti BMT-dən ölkəyə qoşun göndərilməsini istədi

Bu barədə “Reuters” xəbər verib.
Bildirilir ki, tələbin məqsədi ərazidə təhlükəsizlik və ictimai asayişi bərpa etmək üçün milli polisə dəstəkdir.
BMT Baş Katibinin ofisindən bildirilib ki, Haiti hökumətindən məktub alınıb və hazırda təşkilat nümayəndələri onu araşdırırlar.
Xatırladaq ki, iyulun 7-i gecə saatlarında bir qrup naməlum şəxs iyulun Haiti Prezidentinin iqamətgahına hücum edərək dövlət başçısı Jovenel Moizi qətlə yetirib.
Oxunub: 364
Xəbəri paylaş
Paylaş: