Vyetnamda həlak olmuş amerikalı hərbçilərin cəsədləri vətənə qaytarılır
Report “Nhandan”a istinadən bildirir ki, mərasim ötən gün, paytaxt Hanoyun hava limanında keçirilib.
Bu, ABŞ ordusunun Vyetnamı tərk etdiyi 1973-cü ildən bəri sayca 155-ci belə mərasimdir. Cəsədlər aprel – iyul aylarında keçirilmiş birgə axtarışlar nəticəsində tapılıb. təşkil edilib.
Mərasimdə nitq söyləyən ABŞ-ın müvəqqəti işlər vəkili Kristofer Klein bildirib ki, Vyetnam müharibəsində itkin düşmüş hərbçilərin cəsədlərinin axtarışları iki ölkə arasındakı humanitar əməkdaşlığın mühüm istiqamətidir.
Qeyd edək ki, Hindi-Çin regionunda müharibə başa çatarkən 2 mindən artıq amerikalı hərbçi və mülki şəxs itkin hesab olunurdu. Bunların 1 900-dan artığı Vyetnamın, 5 000-ə qədəri Laosun, 90 nəfəri də Kambodjanın payına düşür.